Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-18/2021 13.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9112.68 manat əsas kredit borcu, 490.68 manat faiz borcu, cəmi 9603.36 manat kredit borcunun alınıb verilməsi barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddianın həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh 9112.68 manat əsas kredit borcu, 2351.19 manat faiz borcu, 622.70 manat müqavilənin müddətindən sonra illik 5 faiz olmaqla cəmi 12086.57 manat kredit borcunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Bundan məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı ASC tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 10 faizlə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 36 ay müddətinə 10 faizlə 10.000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 36 ay müddətinə illik 10 faizlə 10.000 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, kredit götürdüyü pulu ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə ödənlməmiş kredit borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5669 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixədək banka əsas kredit borcu 9112.68 manat, faiz borcu isə 2580.27 manat təşkil edir. Aparılmış ekspertiza dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia iddiaçının təqdim etdiyi iddianın həcminin artırılması barədə ərizədə göstərilən həddə təmin edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı və dövlət rüsumunun kəsiri olan 10 manat cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9112.68 manat əsas kredit borcu, 2351.19 manat faiz borcu, 622.70 manat müqavilənin müddətindən sonra illik 5 faiz olmaqla cəmi 12086.57 manat kredit borcu, 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı ASC-nin hesabına keçirilməli, dövlət rüsumunun kəsiri olan 10 manat cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməli və iş üzrə ekspertiza xərci olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 9112.68 manat əsas kredit borcu, 2351.19 manat faiz borcu, 622.70 manat müqavilənin müddətindən sonra illik 5 faiz olmaqla cəmi 12086.57 manat, 20 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı ASC-nin hesabına keçirilsin. Dövlət rüsumunun kəsiri olan 10 manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə ekspertiza xərci olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-18/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-18/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver