Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1880/2022 10.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqress hüququ əsasında pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit və faiz borcunu zamin kimi ödədiyi 2153 manat məbləğin və iddia ərizəsi verilərkən ödənilmiş 41.53 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 18 dekabr 2014-cü il tarixdə "xxxx" ASC-dən 6000 manat məbləğində kredit alan Cavabdeh Hacağa oğlunun kredit öhdəlyinin təminatı kimi zamin durmuş və bu barədə həmin tarixdə bankla zaminlik müqaviləsi bağlamışdır. Göyçay rayon məhkəməsinin 19 iyul 2017-ci il tarixli məhkəmə əmrinə əsasən ondan və cavabdehdən müştərək qaydada 2637 manat pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair əmr verilmişdir. Cavabdehin əvəzinə 2021-ci il ərzində cəmi 2153 manat "xxxx" ASC-yə kredit və faiz borcunu ödəmiş, lakin məbləği cavabdehdən geri ala bilməmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(046)-2702/2017 saylı məhkəmə əmrindən görünür ki, kredit müqaviləsi üzrə 2345.21 manat əsas kredit borcunun, 292.77 manat faiz borcu olmaqla cəmi 2637.98 manat kredit borcunun və 20 manat dövlət rüsumunun Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 15 saylı Regional Xəzinədarlıq İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(046)- 2702/2017 saylı məhkəmə əmri üzrə İddiaçı əmək haqqından 237 manat KapitalBank ASC-nin xeyrinə ödənilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən KapitalBank ASC-nin xeyrinə kredit ödənişindən 300 manat və 20 manat məhkəmə xərci olan dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş KapitalBank ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı məxsus əmək haqqı kartından kredit müqaviləsi üzrə zamin qismində KapitalBank ASC-nin hesabına cəmi 1595.97 manat pul ödənilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh KapitalBank ASC-nə olan kredit borcundan İddiaçı tərəfindən 2152.97 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qanunun mənasından göründüyü kimi, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh onun əvəzinə KapitalBank ASC-nə ödənilmiş 2152.97 manat pulu zamin kimi cavabdehdən tələb etməkdə haqlıdır və onun bu tələbi qanuna uyğundur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 41.53 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 41.53 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2152.97 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 41.53 manat alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2152.97 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 41.53 manat alınaraq İddiaçı ödənilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Prbasiya Şöbəsinə həvalə edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1880/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1880/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver