Məhkəmə qərarları › İş №2(046)-1941/2021

Göyçay Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(046)-1941/2021

22.09.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Göyçay rayonu İş № 2(046)-1941/2021 22.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1, tələbkar Kreditor Borclu qarşı aliment tələbinə dair ərizəyə əmr icraatı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar Kreditor məhkəməyə müraciət edərək Borclu 15.01.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclunun əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, tələbkar Kreditor ilə Borclu birgə nikahdan 15.01.2018-ci il tarixdə anadan olmuş X4 adlı azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunan Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Qeyd olunan Məcəllənin 276.2.4-cü əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. «Dövlət rüsumu haqqında» Qanunun 8.3-cü maddəsinə görə məhkəmə əmri haqqında ərizələrdən 20 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən aliment alınması iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276 və 280-ci maddələrini rəhbər tutaraq ƏMR ETDİ: 15.01.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Borclu qazancının ¼ hissəsi miqdarında aliment tutulub Kreditor verilsin. Borclu 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentin tutulması 21.09.2021-ci il tarixdən hesablansın. Məhkəmə əmri dərhal icra edilsin. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. HAKİM Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar