Məhkəmə qərarları › İş №2(046)-1942/2022

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1942/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1942/2022 20.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı Bank Respublika ASC nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, kredit borcunun tutulması tələbinə dair mülki işə Göyçay şəhərində baxaraq məhkəmə, Müəyyənetdi: Kreditor Bank Respublika ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə 4211.21 manat əsas kredit borcunun, 1123.18 manat faiz borcu olmaqla cəmi 5334.39 manat kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən kreditor Bank Respublika ASC-nin ərizəsi təmin edilmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsi və mülki işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə qərardadına əsasən məhkəmənin xx.xx.2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş, mülki iş iddia icraatına keçirilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı Bank Respublika ASC nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə 4211.21 manat əsas kredit borcunun, 373.18 manat faiz borcu olmaqla cəmi 4584.39 manat kredit borcunun, gecikdirilmiş vaxt üçün hesablanmış 1298.40 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 35-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. E-məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Əliyar.Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 198-də qeydiyyatdadır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Bank Respublika ASC-nin kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Cavabdehnın yaşadığı yer üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45, 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Bank Respublika ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Cavabdeh yaşadığı yer üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar