Məhkəmə qərarları › İş №2(046)-1949/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1949/2024

16.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1949/2024 16.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 və X1 yetkinlik yaşına çatana kimi saxlanılmasa üçün Göyçay rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(046)-537/2023 saylı qətnaməsinə əsasən cavabdeh X2 tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat alimentin tutulması və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyim 60 manat mediasiya xərcinin cavabdeh X5 alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(046)-537/2023 saylı qətnaməsinə əsasən onunla Cavabdeh xx.xx.2013cü il tarixdə Göyçay rayon İHB-nin Potu kənd İƏD üzrə nümayəndəliyində 43 №-li qeyd ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X8 onun yanında saxlanılmış, X7 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 180 manat cəmi 360 manat sabit pul məbləğində aliment tutulmuşdur. ünvan 1 ünvanında kirayədə yaşayır. Məhkəmə qətnaməsi ilə tutulan 360 manat iki övladının tələbatlarını ödəməyə kifayət etmir, hər iki övladı orta məktəbdə təhsil alır. Kirayə pulu, kommunal xərclər, övladlarının məktəb ləvazimatları, geyimləri, ərzaq ilə təmin etməyə maddi imkanı çatmır. Hər iki övladını hazırlıq üçün məktəbdən əlavə müəllim yanına qoymaq istəsə də aylıq ödənişlərini edə bilmir. Cavabdeh könüllü olaraq alimentdən əlavə pul ödmədiyindən alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Qaraməryəm kənd 78 nömrəli yanğından mühafizə bölməsində böyük yanğınsöndürən işləyir, bundan başqa xurma bağı var və oradan gəlir əldə edir, həmçinin maldarlıqla məşğuldur. Maddi vəziyyəti yaxşıdır. Mübahisənin həlli üçün əvvəlcə mediatora müraciət etmiş, lakin cavabdehlə razılaşa bilmədiyi üçün prosesi davam etdirə bilməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, İsmayıllı şəhərində müəllimə işləyir. Aylıq 592 manat əmək haqqı alır. Göyçay şəhərində kirayədə qalır. Uşaqların təlabatını cavabdehin ödədiyi alimentlə təmin edə bilmir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, aylıq 781 manat əmək haqqı alır. İddiaçının maddi imkanı yaxşıdır. Müəllimə işləyir. Hər ay əmək haqqından 360 manat aliment tutulur. Təyin edilmiş alimentdən əlavə uşaqlarına maddi köməklik göstərir. İddiaçı ilə aralarında bağlanmış nikah pozulduqdan sonra gəlirində heç bir dəyişiklik olmamışdır. Bundan başqa yenidən ailə həyatı qurmuşdur. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş X3 təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2017-ci il tarixdə X13 və xx.xx.2014-cü il tarixdə X9 anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(046)-537/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə Göyçay rayon İHB-nin Potu kənd İƏD üzrə nümayəndəliyində 43 №-li qeyd ilə bağlanmış nikah pozulmuş, xx.xx.2017-ci il tarixdə anadan olmuş X13 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X9 İddiaçı yanında saxlanılmış, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2017-ci il tarixdə anadan olmuş X13 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 180 manat cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. “AZEMİS” X4 əmlak məlumatlar bölməsindən çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində “Kia Rio” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. “AZEMİS” X4 gəlir məlumatlar bölməsindən çıxarışdan görünür ki, İddiaçı ümumi təhsil məktəbində müəllimə işləməklə 661.78 manat əmək haqqı alır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi DYMX-nin Göyçay rayon X11 hissəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 781.79 manat əmək haqqı alır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ailə qanunvericiliyinin tələbinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(046)-537/2023 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh ikinci dəfə ailə qurmuşdur. Tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması müəyyən edilməmişdir. İddiaçı, müəllimə işləyir, aylıq 592 manat məvacib alır. Eləcə də mülkiyyətində “Kia Rio” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması onun maddi vəziyyətinin yaxşılaşmasını göstərir. Qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(046)-537/2023 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün alimentin miqdarı müəyyən edildikdən sonra Cavabdeh maddi vəziyyətinin yaxşılaşması (qazancının və ya gəlirlərinin artması) müəyyən olunmadığından, alimentin müəyyən olunmuş miqdarının artırılmasına qanuni əsaslar yaranmamışdır. Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki,müəyyən olunmuş alimentin miqdarının artırılması üçün qanuni əsaslar müəyyən olunmadığından, iddia təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(046)- 537/2023 saylı qətnaməsi ilə xx.xx.2017-ci il tarixdə anadan olmuş X13 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən olunmuş hər ay hər uşağa görə 180 manat aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar