Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-196/2021 03.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində 03 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8250 manat məbləğində borc pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh notarial qaydada bağlanmış müqaviləyə əsasən hər ay 425 manat pul ödəmək şərti ilə 17850 manat borc pul vermişdir. Cavabdeh həmin puldan 9600 manatını qaytarmışdır. Bundan sonra cavabdeh qalan borcunu qaytarmaqdan boyun qaçırır. Aralarında olan razılıq pozulduğundan qalan 8250 manat borcunu qaytarmağı cavabdehdən tələb etmiş, cavab olaraq cavabdeh bildirdimişdir ki, az müddət ərzində pulu müqavilədə göstərdiyi qayda ilə ödəyib qurtaracaqdır. Bu müddət ərzində cavabdeh müxtəlif bəhanələrlə borclu qaldığı 8250 manat pulu ona qaytrmamışdır. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, müqavilə üzrə İddiaçı Səfər qızına 8250 manat borcu qalmışdır. İddiaçıya borclu olduğu 8250 manatı hər ay hissəhissə ödəyəcəkdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 27.02.2017-ci il tarixli notarial qaydada bağlanmış kredit müqavilənin surətindən görünür ki, İddiaçı Cavabdeh hər ay 425 manat ödəmək şərti ilə 17850 manat borc pul vermişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh 27.02.2017-ci il tarixdə notarial qaydada tərtib edilmiş müqaviləyə əsasən hər ay 425 manat ödəmək şərti ilə 17850 manat borc pul vermiş, cavabdeh həmin məbləğdən 9600 manatını iddiaçıya qaytarmış, 8250 manat borclu qalmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 8250 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Аzərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8250 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 8250 manat borc pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-196/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-196/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver