Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2001/2021 19.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 17.10.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsi və 026A********** saylı kredit müqavilələrinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 026A********** saylı kredit müqaviləsi üzrə 850.53 manat məbləğində əsas kredit borcu, 2.92 manat faiz borcu və 103.32 manat məbləğində cərimə borcu olmaqla, cəmi 956.77 manat, 026A********** saylı kredit müqaviləsi üzrə 4199.57 manat əsas kredit borcu, 23.59 manat faiz borcu, 1177.68 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5400.84 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 oğlu ilə İddiaçı QSC arasında 17 oktyabr 2019-cu il tarixdə, 026A********** saylı kredit müqaviləsinə əsasən illik 1 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 971.89 manat, 026A********** saylı kredit müqaviləsinə əsasən illik 1 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 4437.20 manat kredit verilmişdir. Cavabdeh1 ilə bağlanmış kredit müqavilələrinin təminatı kimi, Cavabdeh2 ilə İddiaçı QSC arasında 17 oktyabr 2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqavilələrinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 oğlunun banka 026A********** saylı kredit müqaviləsi üzrə cəmi 956.77 manat, 026A********** saylı kredit müqaviləsi üzrə cəmi 5400.84 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 17 oktyabr 2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 oğlu arasında illik 1 faiz olmaqla 60 ay müddətinə 971.89 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 17 oktyabr 2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 oğlu arasında illik 1 faiz olmaqla 60 ay müddətinə 4437.20 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 17 oktyabr 2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 oğlu arasında 17 oktyabr 2019-cu il tarixli, 026A********** saylı kredit müqaviləsinə əsasən illik 1 faiz olmaqla 60 ay müddətinə 971.89 manat və 17 oktyabr 2019-cu il tarixli, 026A********** saylı kredit müqaviləsinə əsasən illik 1 faiz olmaqla 60 ay müddətinə 4437.20 manat kredit verilməsi barədə müqavilələr bağlanmış, həmin müqavilələrin təminatı kimi Cavabdeh2 bankla zaminlik müqavilələri bağlamış, Cavabdeh2 Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərinin icrasına zamin durmuşdur. Cavabdeh1 oğlu bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı QSC-nin cavabdehlərdən 17.10.2019-cu il tarixli 026A********** saylı kredit razılaşması üzrə 103.32 manat və 17.10.2019-cu il tarixli 026A********** saylı kredit razılaşması üzrə 1177.68 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin cərimə pulunun hər iki müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddiası qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.10.2019-cu il tarixli 026A********** saylı və 026A********** saylı kredit müqavilələrinin ləğv edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17.10.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsi üzrə 850.53 manat məbləğində əsas kredit borcu, 2.92 manat faiz borcu və 3 manat cərimə borcu olmaqla cəmi 856.45 və 17.10.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsi üzrə 4199.57 manat əsas kredit borcu, 23.59 manat faiz borcu, 7 manat cərimə borcu olmaqla, cəmi 4230.16 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.10.2019-cu il tarixli 026A********** saylı və 026A********** saylı kredit müqavilələri ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17.10.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsi üzrə 850.53 manat məbləğində əsas kredit borcu, 2.92 manat faiz borcu və 3 manat cərimə borcu olmaqla cəmi 856.45 və 17.10.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsi üzrə 4199.57 manat əsas kredit borcu, 23.59 manat faiz borcu, 7 manat cərimə borcu olmaqla, cəmi 4230.16 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2001/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2001/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver