Məhkəmə qərarları › İş №2(046)-2028/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2028/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2028/2021 29.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" BOKT MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 365-EMB-0321-20 saylı kredit müqaviləsi üzrə 1172 əsas borc, 175.80 manat cərimə borcu, 364-EMB-0241-20 saylı kredit müqaviləsi üzrə 824.63 əsas borc, 123.69 manat cərimə borcu olmaqla, cəmi 2296.12 manat borcun, 30 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X1 məhkəməyə teleqrama ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" BOKT MMC arasında 07.03.2020-ci il tarixli, 365-EMB-0321-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə 2062 manat və 364-EMB-0241-20 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə 1609 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqavilələrinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh hazırda banka cəmi 2296.12 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, "xxxx" BOKT MMC ilə 07 mart 2020-ci il tarixdə kredit müqavilələri bağlayaraq kredit götürmüşdür. Maddi imkanı olmadığı üçün ödəniş cədvəlləri üzrə borcunu ödəyə bilməmişdir. Tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə cavabdehin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 07.03.2020-ci il tarixli, 365-EMB-0321-20 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 18 ay müddətinə 2062 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 07.03.2020-ci il tarixli, 364-EMB-0241-20 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 18 ay müddətinə 1609 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" BOKT MMC 1172 manat əsas borc, 175.80 manat cərimə borcu olmaqla, cəmi 1347.80 manat borcu mövcuddur. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" BOKT MMC 824.63 manat əsas borc, 123.69 manat cərimə borcu olmaqla, cəmi 948.32 manat borcu mövcuddur. Təqdim edilmiş sübutlardan görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 07.03.2020-ci il tarixli 365-EMB-0321-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə 2062 manat və 364-EMB-0241-20 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə 1609 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, borclu olduğu pulu müqavilələr üzrə tərtib edilmiş ödəniş cədvəllərində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehdən 365-EMB-0321- 20 saylı kredit müqaviləsi üzrə 175.80 manat, 364-EMB-0241-20 saylı kredit müqaviləsi üzrə 123.69 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pullarını tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pullarını 365-EMB-0321-20 saylı kredit müqaviləsi üzrə 2.80 manat, 364- EMB-0241-20 saylı kredit müqaviləsi üzrə 3.69 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu, 0.40 qəpik xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 qəpik xidmət haqqı cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, "xxxx" BOKT MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh 365-EMB-0321-20 saylı kredit müqaviləsi üzrə 1172 manat əsas borc, 2.80 manat cərimə borcu və 364-EMB-0241-20 saylı kredit müqaviləsi üzrə 824.63 manat əsas borc, 3.69 manat cərimə borcu olmaqla cəmi 2003.12 manat borcun, 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı tutularaq "xxxx" BOKT MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilməsin. Cavabdeh 365-EMB-0321-20 saylı kredit müqaviləsi üzrə 1172 manat məbləğində əsas borc, 2.80 manat cərimə borcu və 364-EMB-0241-20 saylı kredit müqaviləsi üzrə 824.63 manat əsas borc, 3.69 manat cərimə borcu olmaqla cəmi 2003.12 manat kredit borcun, 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı tutularaq "xxxx" BOKT MMCnin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar