Məhkəmə qərarları › İş №2(046)-2042/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2042/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2042/2021 13.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, X1, iddiaçı Beynəlxalq Bank ASCnin nümayəndəsi X9 iştirakı ilə, kredit borcunun qaytarılması və tutmanın ipoteka predmentinə yönəldilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Beynəlxalq Bank ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada 1414.61 manat əsas kredit borcunun, 215.71 manat faiz borcunun, 300 manat cərimə borcu olmaqla cəmi 1930.32 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. X3 məhkəmə əmrinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmiş, Göyçay rayon məhkəməsinin 16.03.2017-ci il tarixli qərardadına əsasən məhkəmə əmri ləğv edilmiş və iddia icratına keçmişdir. İş üzrə iddiaçı Beynəlxalq Bank ASC -nin nümayəndəsi X13 iddianının həcmini artırılması barədə əirzəni müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında 08.08.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, X6 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə 08.08.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə dəfələrlə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini tam yerinə yetirməmişdir. X5 banka 1414.61 manat əsas kredit borcu, 412.60 manat faiz borcu, 298.05 manat illik beş faiz olmaqla cəmi 2125.26 manat manat kredit borcu qalmışdır. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X8 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək Beynəlxalq Bank ASC-nin ona qarşı kredit borcunun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş 08.08.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Beynəlxalq Bank ASC ilə X8 arasında illik 25 faiz olmaqla 36 ay müddətinə 3000 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 08.08.2014-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, Beynəlxalq Bank ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göyçay rayon Məhkəməsinin 30.12.2016-ci il tarixli məhkəmə əmrindən görünür ki, X4 və Cavabdeh2 müştərək qaydada 1414.61 manat əsas kredit borcunun, 215.71 manat faiz borcunun, 300 manat cərimə borcu olmaqla cəmi 1930.32 manat borcun tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. Göyçay rayon məhkəməsinin 16.03.2017-ci il tarixli qərardadından görünür ki, Göyçay rayon Məhkəməsinin 30.12.2016-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və iddia icratına keçmişdir. Göyçay rayon məhkəməsinin 19.06.2017-ci il tarixli qərardadından görünür ki, "xxxx" ASC-nin X6 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası tərəflər məhkəməyə gəlmədiyindən baxılmamış saxlanılmışdır. Göyçay rayon məhkəməsinin 09.09.2021-ci il tarixli qərardadından görünür ki, Göyçay rayon məhkəməsinin 19.06.2017-ci il tarixli qərardadı ləğv edilmiş, məhkəmə baxışı təyin edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC üç illik iddia müddətini ötürmüşdür. Belə ki, "xxxx" ASC-nin X8 arasında 08.08.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin bitmə tarixi 08.08.2017-ci il tarix olmuşdur. Göyçay rayon Məhkəməsinin 30.12.2016-ci il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh X2 rayon məhkəməsinin 16.03.2017-ci il tarixli qərardadına əsasən X4 və Cavabdeh2 müştərək qaydada 1414.61 manat əsas kredit borcunun, 215.71 manat faiz borcunun, 300 manat cərimə borcu olmaqla cəmi 1930.32 manat borcun tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmuş, X8 həmin məhkəmə əmrindən etiraz vermiş, Göyçay rayon məhkəməsinin 16.03.2017-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş, mülki iş iddia icratına keçmişdir. Göyçay rayon məhkəməsinin 19.06.2017-ci il tarixli qərardadına əsasən "xxxx" ASC-nin X6 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası tərəflər məhkəməyə gəlmədiyindən baxılmamış saxlanılmışdır. Göyçay rayon məhkəməsinin 09.09.2021-ci il tarixli qərardadı ilə Göyçay rayon məhkəməsinin 19.06.2017-ci il tarixli qərardadı ləğv edilmiş, məhkəmə baxışı təyin edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı Göyçay rayon məhkəməsinin 19.06.2017ci il tarixli qərardadının ləğv edilməsi üçün şikayət ərizəsi ilə 03.09.2021-ci il tarixdə yəni üç illik iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, İddiaçı Beynəlxalq Bank ASC-nin X4 və Cavabdeh2 müştərək qaydada 1414.61 manat əsas kredit borcu, 412.60 manat faiz borcu, 298.05 manat illik beş faiz olmaqla cəmi 2125.26 manat borcun və 20 manat dövlət rüsumunun barədə tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı Beynəlxalq Bank ASC-nin X4 və Cavabdeh2 müştərək qaydada 1414.61 manat əsas kredit borcu, 412.60 manat faiz borcu, 298.05 manat illik beş faiz olmaqla cəmi 2125.26 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar