Məhkəmə qərarları › İş №2(046)-205/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-205/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-205/2023 18.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdehnın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan 1200 manat borcun və ödənilmiş 32 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh anası X3 ilə birlikdə xx.xx.2021-ci il tarixdə Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində qızıl-zinət əşyaları satdığı dükana gələrək yaxın günlərdə toy edəcəyini bildirmiş və mağazada dəyəri 1800 manat olan brilyant dəstini bəyənmiş, lakin Cavabdeh ona həmin qızıl dəstinə görə 500 manat ödəyə biləcəyini, qalan 1300 manatını isə 10 aprel 2021-ci il tarixədək ödəyəcəyini bildirmişdir. Cavabdehin anasını uzun müddət tanıdığından dəyəri 1800 manat olan qızıl dəstinin dəyərinin 500 manatını qabaqcadan almış və qalan 1300 manatı isə dedikləri vaxt, yəni xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə həmin dəyəri 1800 manat olan qızıl dəstini onlara satmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh yenidən mağazaya gələrək dəyəri 450 (dörd yüz əlli) manat olan bir ədəd birilaint qaşlı qızıl üzüyü almaq istədiyini və həmin üzüyün dəyərinin 150 manatını vermiş, qalan 300 manatını isə ona olan 1300 manat ümumi borca əlavə etməyi xahiş etmişdir. Cavabdehla razılaşaraq dəyəri 450 manat olan brilyant qaşlı üzüyün də 150 manatını alıb, 300 manatını ümumi borca yazaraq ona vermişdir. Cavabdeh ondan xx.xx.2021 və 16.03 2021-ci il tarixlərdə aldığı hər iki qızıl əşyalara görə 1300 və 300 manat borclu qalması barədə öz xətti ilə yazaraq qəbz imzalamışdır. Cavabdeh ondan nisyə qızıl alması mağazada quraşdırılmış kameranın da yaddaşında var. Cavabdeh istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefonuna zəng edərək borcunu qaytarmasını dedikdə nisyə aldığı qızılları 1000 manata satdığını və pulu da xərclədiyinə görə borcunu qaytara bilməyəcəyini bildirmişdir. Cavabdeh anası Xuraman İsmayılova 07 avqust 2021-ci il tarixdə öz xətti ilə qəbz yazaraq oğlunun borcundan hər ay 200 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. X1 İsmayılovun ona olan 1600 manat borcundan 2021-ci ilin sentyabr və oktyabr aylarında hər ay 200 manat olmaqla cəmisi 400 manat ödəmiş və qalan 1200 manatı ödəmədiyinə görə Göyçay Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. İşi araşdıran Göyçay RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X7 Cavabdeh və onun anası Xuraman İsmayılovam polis şöbəsinə çağıraraq izahatlarını almış və onların hər ikisi mənə ümumilikdə 1600 (bir min altı yüz) manat borlu qaldıqları barədə istintaqa izahat vermişlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçıdan xx.xx.2021 və 16.03 2021-ci il tarixlərdə 2250 manat dəyərində qızıl-ziynət əşyaları almış, bu günədək iddiaçıya ödənilməmiş 1200 manat borcu qalmışdır. Qalan borcunu tezliklə ödəyəcəkdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Araşdırma zamanı izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, İddiaçı uzun müddətdir tanıyır. O, xx.xx.2021 -ci il tarixdə Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən İddiaçı qızıl mağazasına anası X3 ilə getmişlər. İddiaçı mağazada satdığı 1800 manatlıq qızıl briliant dəstini bəyənmiş, həmin qızılın 500 manatını ödəyərək almış və 1300 manat isə borclu qalmışdır. O xx.xx.2021 -ci il tarixdə isə İddiaçı qızıl mağazasına yenidən gedərək dəyəri 450 manat 1 ədəd qızıl briliant qaşlı üzük ondan almış, 150 manat ödəniş etmiş, 300 manat borcunu isəİddiaçı olan 1300 manat borcuna əlavə etməyini xahiş etmiş və İddiaçı olan ümumi 1600 manat borcunu xx.xx.2021-ci il il tarixdə tam olaraq ödəyəcəyini söz vermişdir.O həmin gündən 2 gün sonrayəni xx.xx.2021 -ci il tarixdə pula ehtiyacı olduğuna görə İddiaçı aldığı həmin qızıl zinyət əşyalarını 1000 manata Bakı şəhəri M.Əcəmi metrosu yaxınlığında yerləşən qızıl mağazasına satmışdır. O xx.xx.2021-ci il tarixdə İddiaçı ilə telefon əlaqəsi saxlamış və ona olan 1600 manat borcunu verə bilməyəcəyini və Cərbrayıl Abakarovdan borcu ödənilməsi ilə bağlı ondan 2021 -ci ilin iyul ayınadək vaxt istəmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı 1200 manat bocu qaldığını etiraf etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə İddiaçı 2250 manat dəyərində qızıl-ziynət əşyasını nisyə almış, həmin 2250 manat puldan 1050 manat ödəmiş, ödənilməmiş 1200 manat borcu qalmışdır. Məhkəmə baxışı zamanı İddiaçı məxsus 1200 manat pulun Cavabdeh qanunsuz sahibliyində olması müəyyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tərəfindən ödənilmiş 32 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1200 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 32 manat vəsait alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1200 manat məbləğində pul və 32 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar