Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2068/2021 06.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinə Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və qonşuları tərəfindən qanunsuz zəbt edilmiş Bığır suvarma arxının 10 metrlik mühafizə zolağının və X3 idaəsinin balansında olan 40 metr enində digər tərəfdə 46.4 metr, uzunluğu 101.4 metr olan torpaq sahəsiin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Təqdim edilmiş iddia ərizəsinə əlavə edilmiş 07.01.2019-cu il tarixli etibarnamədən görünür ki, Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin adından Göyçay rayon Məhkəməsində cavabdeh X2 qarşı mühafizə zolağının boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə keçiriləcək məhkəmə iclasında iddia qaldırmaq, iddia ərizəsini imzalamaq, iddiadan imtina etmək, iddianın predmetini artırmaq, məhkəmə qərarından apellyasiya və kassasiya şikayətini imzalamaq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 364-cü maddələri ilə müəyyən edilmiş səlahiyyətlərə malik olan səlahiyyətli şəxs kimi İddiaçı rəisi vəzifəsində işləyən X4 müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı rəisi vəzifəsində işləyən X1 hazırki iddia ərizəsini imzalamağa hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1.2.-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1.2, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-2068/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2068/2021
06.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver