Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2081/2023 27.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1, X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında 27 aprel 2019-cu il tarixli, G/l-015 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, İddiaçı MMC 27 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə tələb irəli sürmüşdür. İddia ərizəsinə əlavə edilmiş 27 aprel 2019-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinin 3.1.5-ci bəndinə əsasən sifarişçi bu müqavilə ilə müəyyən olunmuş ödəniş müddətindən sonrakı 30 (otuz) təqvim günü ərizəində ödəniş etmədikdə, yazılı xəbərdarlıq edildikdən sonra, bu müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ varır. Həmin müqavilənin 9.4-cü bəndinə əsasən tərəflər bir-birlərinə olan bildirişləri və digər sənədləri müqavilədə göstərilən ünvanlara sifarişli bildirişli məktubla göndərməlidirlər. Poçt ünvanına hər hansı bir dəyişiklik olduğu təqdirdə tərəflər bir-birini bu barədə dərhal xəbərdarlıq etməlidirlər. Tərəflər e-mail, fak və digər əlavələrr vasitələr ilə rəsmiləşdirilmiş və müqaviləyə əsaslandığı açıq şəkildə göstərilən sənədləri qəbul edirlər. Bu vasitələrlə sənədi əldə etmiş tərəf digər tərəfdən həmin sənədin əslini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı MMC iddia ərizəsinə 01 iyun 2023-cü il tarixli məktub əlavə etsə də, məktubun cavabdehə ünvanlanması (ad, soyad, ata adı, ünvan) məktubdan müəyyən olunmur,məktubun cavabdehə çatdırılmasını təsdiq edən sənədi işə əlavə etməmişdir. Beləliklə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlirəm ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədi təqdim etmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı,iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Göyçay Rayon Məhkəməsi qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardaddakı nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-2081/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2081/2023
27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver