Məhkəmə qərarları › İş №2(046)-2083/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2083/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2083/2021 03.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu iddiaçı BOKT «X2» MMC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT «X2» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə BOKT «X2» MMC arasında bağlanmış 20.09.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 926.69 manat əsas borc, 20.46 manat faiz borcu olmaqla cəmi 947.15 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «X2» MMC tələbi belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlətinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən Cavabdeh1 20.09.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən, 60 ay müddətinə illik 1% olmaqla, 1 il güzəşt müddəti hesab olunmaqla, 935.68 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Kredit müqaviləsinin təminatı kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 BOKT «X2» MMC-yə hazırda 926.69 manat əsas kredit borcu, 20.46 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 947.15 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehlərə bildiriş göndərilsə də, onlar, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişlər. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 20.09.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, BOKT «X2» MMC ilə Cavabdeh1 arasında 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 935.68 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Eyni tarixdə kredit müqaviləsinin təminatı kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə BOKT «X2» MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 10.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 926.69 manat əsas kredit borcu, 20.46 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 947.15 manat kredit borcu vardır. Təqdim edilmiş sübutlardan görünür ki, BOKT «X2» MMC ilə Cavabdeh1 arasında illik 1 faiz olmaqla 60 ay müddətinə 935.68 manat kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bankla zaminlik müqaviləsi bağlamış, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icrası üçün zamin durmuşlar. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPMnın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, BOKT «X2» MMC-nin iddiası təmin edilməli, Cavabdeh1 ilə BOKT «X2» MMC arasında bağlanmış 20.09.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin ləğv edilməli, Cavabdeh1 926.69 manat əsas kredit borcu, 20.46 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 947.15 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq BOKT «X2» MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 ilə BOKT «X2» MMC arasında bağlanmış 20.09.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 926.69 manat əsas kredit borcu, 20.46 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 947.15 manat kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı müştərək qaydada tutularaq iddiaçı BOKT «X2» MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar