Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2086/2021 30.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı BOKT İnkişaf Üçün Maliyyə MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı BOKT X3 MMC-nin cavabdehlər Cavabdeh1, Mehralıyev Əfqan Alı oğluna, Cavabdeh3, Cavabdeh5 qızına və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı BOKT X3 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bədəlov Xeyrəddin Nəsrəddin oğlundan, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 2182.03 manat əsas kredit borcu, 11.76 manat faiz borcu olmaqla cəmi 2193.79 manat kredit borcu və 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmədə iddiaçı BOKT X3 MMC-nin nümayəndəsi qismində izahat vermiş X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə iddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC arasında bağlanmış 31.07.2019-cu il tarixli L-GO- 0047714-F saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 % olmaqla 2638.19 manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri və Cavabdeh5 və Cavabdeh4 ilə birgə borcluluq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər Cavabdeh1 banka 456.16 manat əsas borc və 48.84 manat faiz borcu olmaqla cəmi 505 manat pul ödəmişdir. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Hazırda Cavabdeh1 Hüseyn oğlunun banka cəmi 2193.79 manat kredit borcu vardır. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 31.07.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, BOKT X3 MMC ilə Cavabdeh1 arasında 60 ay müddətinə illik 1 % olmaqla 2638.19 manat məbləğində güzəştli kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 31.07.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 kredit borcunun təminatı kimi BOKT X3 MMC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 31.07.2019-cu il tarixli birgə borcluluq müqaviləsindən görünür ki, Cavabdeh1 kredit borcunun təminatı kimi BOKT “İnkişaf Üçün Maliyyə” MMC ilə cavabdehlər Cavabdeh5 və Cavabdeh4 arasında birgə borcluluq müqaviləsi bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, BOKT X3 MMC ilə cavabdeh Cavabdeh1 arasında 60 ay müddətinə illik 1% olmaqla 2638.19 manat güzəştli kredit verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri və Cavabdeh5 və Cavabdeh4 ilə birgə borcluluq müqaviləsi bağlanmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borclu Cavabdeh1 hazırda BOKT X3 MMC-yə kredit borcu mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən kredit borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əssasən öhdəliklərin icrası zaminlik və bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPMnın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 2182.03 manat əsas kredit borcu, 11.76 manat faiz borcu olmaqla cəmi 2193.79 manat kredit borcu və 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq BOKT X3 MMC-nin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 2182.03 manat əsas kredit borcu, 11.76 manat faiz borcu olmaqla cəmi 2193.79 manat kredit borcu və 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq BOKT X3 MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2086/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2086/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver