Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-21/2024 19.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: BOKT "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh ümumilikdə 1029.43 manat əsas kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdehnun hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Göyçay rayon Notariat kontorundan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş Cavabdeh adına Göyçay rayon Notariat ofisi tərəfindən vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Cavabdeh vəfat etməsi ilə əlaqədar xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə, Cavabdeh vəfat etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-21/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-21/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver