Məhkəmə qərarları › İş №2(046)-23/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-23/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-23/2024 25.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı MuğanBank ASC-nin cavabdeh X2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MuğanBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 489.88 manat əsas kredit borcu, 446.53 manat faiz borcu olmaqla cəmi 936.41 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı MuğanBank ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsaəsn İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi üzrə cavabdeh olan Cavabdeh Göyçay şəhəri H.Əliyev prospekti ev 96, mənzil 6-da yaşayan X4 ilə əvəz edilmişdir. İş üzrə iddiaçı MuğanBank ASC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə MuğanBank ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 28 faiz olmaqla 48 ay müddətinə 3120 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh banka cəmi 936.41 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X4 iddianı qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh onun əri olmuşdur. Atakişi Nurməmmədov iddiaçı ilə kredit müqaviləsi bağlamış, kredit götürmüşdür. Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlakı faktiki olaraq idarə etmişdir. Tələbin ekspert rəyində göstərilmiş həddə təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında illik 28 faiz olmaqla 48 ay müddətinə 3120 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mərhum Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır.Bundan sonra MuğanBank” ASC kredit borcunun tutulması ilə bağlı Cavabdeh qarşı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etmiş, mülki iş üzrə icraat hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Cavabdeh adına notariat kontorunda vərəsəlik işi açılmadığından, məhkəmə mülki iş üzrə icraatı təzələmişdir. Bundan sonra müəyyən edilmişdir ki, Cavabdeh vəfatından sonra ondan miras qalmış əmlakı arvadı cavabdeh X4 idarə edir. Məhkəmənin qərardadına əsasən X4 əsl cavabdeh kimi mülki iş üzrə Cavabdeh ilə əvəz edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/6109 saylı ekspert rəyindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə MuğanBank ASC-yə əsas kredit borcu 406.14 manat təşkil edir. Aparılmış ekspertizanın dəyəri 100 manatdır. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən əsas kredit borcu və faiz borcu ekspertiza rəyində nəzərdə tutulmuş həddə təmin edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, 100 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, MuğanBank ASC-nin iddiası qismən təmin edilməli, X1 406.14 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq MuğanBank ASC-nə qaytarılmalıdır. İş üzrə 100 manat ekspertiza xərci İddiaçı ASC-dən, alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X3ən 406.14 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə 100 manat ekspertiza xərci İddiaçı ASC-dən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar