Məhkəmə qərarları › İş №2(046)-2394/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2394/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2394/2021 29.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Dursunəli oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Yaqubov Abdulla Adil oğlundan və Cavabdeh2 müştərək qaydada 659.24 manat əsas kredit borcu, 92.86 manat faiz borcu, 185.39 manat cərimə borcu olmaqla, cəmi 937.49 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Cavabdeh2 həmin əmrə etiraz vermiş və bununla əlaqədar Göyçay rayon məhkəməsinin qərardadı ilə qeyd edilən əmr ləğv edilmiş və iddia icratına keçirilmişdir. İş üzrə iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT "xxxx" MMC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə Vijn Fond AzərKredit BOKT MMC arasında 29.01.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə 03 avqust 2015-ci il tarixə qədər illik 36 % dərəcəsi olmaqla 1000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 verilmiş kreditin təminatı kimi Cavabdeh2 ilə "xxxx" BOKT MMC ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.2-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borc məbləğinə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh kredit müqaviləsinin şərtini pozaraq, kreditin əsas məbləğini və faizin ödənilməsini mütəmadi olaraq gecikdirmiş və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 oğluna xəbərdarlıq edilməsinə baxmayaraq kredit borcunu ödəməmişdir. Hüquqların və tələblərin güzəşti haqqında 06.12.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh1 oğlu ilə "xxxx" BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb edilməsi hüququ BOKT "xxxx" MMC-yə güzəşt edilmişdir. Yaqubov Abdulla Adil oğlunun kredit təşkilatına 659.24 manat əsas kredit borcu, 92.86 manat faiz borcu, 185.39 manat cərimə borcu olmaqla, cəmi 937.49 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit borcunu ödəyə bilmir, həmin kredit borcunu Yaqubov Abdulla Adil oğlu ödəyəcəkdir. İş üzrə Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh1 Adil oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 29.01.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında illik 36 faiz olmaqla 18 ay müddətinə 1000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 29.01.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında zaminlik müqaviləsi bağlanmış, zamin kredit alan Cavabdeh1 borc məbləğinə görə "xxxx" BOKT MMC qarşısında öhdəlik götürmüşdür. Məhkəməyə təqdim edilmiş hüquqların və tələblərin güzəşti haqqında 06.12.2019cu il tarixli bildirişdən görünür ki, Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT "xxxx" MMC-yə güzəşt edilmişdir. Məhkəməyə təqdim edilmiş 26.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan borcu 659.24 manat əsas kredit borcu, 92.86 manat faiz borcu, 185.39 manat cərimə borcu olmaqla, cəmi 937.49 manat kredit borcu təşkil edir. Təqdim edilmiş sübutlardan görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında illik 36 faiz olmaqla 18 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 29.01.2014-cü il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və zamin kredit alan Cavabdeh1 zamin durmuşdur. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh1 banka borcu yaranmışdır. Hüquqların və tələblərin güzəşti haqqında 06.12.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT "xxxx" MMC-yə güzəşt edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 185.39 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 5.39 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya verı̇ lməli, dövlət rüsumunun kəsı̇ ri olan 10 manat cavabdehlərdən tutularaq dövlət büdcəsı̇ nə keçı̇ rı̇ lməlı̇ dir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 659.24 manat əsas kredit borcu, 92.86 manat faiz borcu, 5.39 manat cərimə borcu olmaqla, cəmi 757.49 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 659.24 manat əsas kredit borcu, 92.86 manat faiz borcu, 5.39 manat cərimə borcu olmaqla, cəmi 757.49 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" MMCnin hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar