Məhkəmə qərarları › İş №2(046)-24/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-24/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-24/2021 31.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh2 və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı kredit borcunun tutulması, tutmanin ipoteka predmetinə yönəldilməsi cavabdehin qeyri-yaşayış sahəsinin boşaldılması, həmin əmlakın açıq hərracda satılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 026R********** saylı kredit razılaşması üzrə 24885.51 ABŞ dolları məbləğində kredit borcu, 9441.52 ABŞ dolları məbləğində faiz borcu və 20013.43 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 54340.46 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyektinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması, tutma ipoteka predmetinə yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı QSC-nin nümayəndəsi qismində izahat vermiş X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 31.01.2014cü il tarixli 26L000002761 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 18.11.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 09.06.2015-ci il tarixli 026R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 06.05.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 5114.49 ABŞ Dolları ödəmiş, onun 24885.51 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.03.2018-ci il tarixə 669 gün üçün hesablanmış faiz borcu 9441.52 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 06.03.2018-ci il tarixə 669 gün üçün hesablanmış cərimə 20013.43 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh2 ilə Bank arasında bağlanılmış 31.01.2014-cü il tarixli 026M000000495 saylı ipoteka müqaviləsi Göyçay rayonu notariusu P. Nəcəfli ) əsasında Göyçay şəhəri, Əli Kərim küçəsində mülkiyyətində olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 nömrəli qeyri yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən 1 No-li reyestr kitabının 68 JVİ9-1İ vərəqində qeydiyyata alınmış RX ******* N°-li çıxarışla, Göyçay şəhəri, Əli Kərim küçəsində mülkiyyətində olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 nömrəli qeyri yaşayış binası Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh qismində izahat vermiş Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı QSC-dən kredit razılaşmalarına əsasən kredit götürmüşdür. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Lakin tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 31.01.2014-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 31.01.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, 31.01.2014-cü il tarixli kredit xətti müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 18.11.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında aylıq 1.8333 faiz olmaqla 48 ay müddətinə 30000 ABŞ dolları kredit verilməsi barədə razılaşma imzalanmışdır. Məhkəməyə təqdim edilmiş 09.06.2015-ci il tarixli sazişlərdən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Məhkəməyə təqdim edilmiş 24.04.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 06.03.2018-ci il tarixə İddiaçı QSC-yə 18.11.2014-cü il tarixli kredit razılaşması üzrə 24885.51 ABŞ dolları əsas kredit borcu, 9441.52 ABŞ dolları məbləğində faiz borcu və 20013.43 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 54340.46 ABŞ dolları kredit borcu vardır. Məhkəməyə təqdim edilmiş 31.01.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyektini ipoteka ilə yüklü etmişdir. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyekti İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilərək dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş bildirişdlərdən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişlərə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş təsdiqetmə bildirişlərinə əsasən 10 manat dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində olan Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyekti İddiaçı QSC ilə Cavabdeh2 ilə bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa həmin müqavilənin təminatı kimi Cavabdeh1 bankla zaminlik müqaviləsi bağlamış, Cavabdeh1 Cavabdeh2 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh2 kredit razılaşması üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, İddiaçı QSC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyektini açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəməyə təqdim edilmiş “xxxx” MMC tərəfindən verilmiş 14.04.2021-ci il tarixli 06-21 saylı rəydən görünür ki, Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyektinin bazar dəyəri 250000 manat likvid dəyəri isə 200000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 02.11.2020-ci il tarixli 9/4255 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 banka 06.03.2018-ci il tarixə 24885.47 ABŞ dolları əsas kredit borcu, 8029.78 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32915.25 ABŞ dolları təşkil edir. Aparılmış ekspertizanın xərci 145 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən kredit razılaşması üzrə əsas və faiz borcu iddia ərizəsində qeyd edilmiş həddə təmin eidlməlidir. Məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" QSC-nin cavabdehlərdən 18.11.2014-cü il tarixli kredit razılaşması üzrə 20013.43 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq kredit razılaşması üzrə dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və dəbbə pulunun 30.43 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və 145 manat ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 18.11.2014-cü il tarixli kredit razılaşması üzrə 24885.47 ABŞ dolları məbləğində əsas borc, 8029.78 ABŞ dolları məbləğində faiz borcu, 30.43 ABŞ dolları cərimə borcu olmaqla cəmi 32945.68 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tutulmalı, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyektinə yönəldilməli, ipoteka predmentinin ilkin satış qiyməti 250000 manat, likvid dəyəri 200000 manat məbləğində müəyyən edilməli, qeyri-yaşayış obyekti hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, daşınmaz əmlak açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin daşınmaz əmlak boşaldılmalıdır. İş üzrə 145 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 24885.47 ABŞ dolları məbləğində əsas borc, 8029.78 ABŞ dolları məbləğində faiz borcu, 30.43 ABŞ dolları cərimə borcu olmaqla cəmi 32945.68 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Göyçay şəhəri Əli Kərim küçəsində mülkiyyətdə olan 0.0204 ha torpaq sahəsində yerləşən 61 saylı qeyri-yaşayış obyektinə yönəldilsin, qeyri-yaşayış obyektinin ilkin satış qiyməti 250000 manat, likvid dəyəri isə 200000 manat məbləğində müəyyən edilsin, qeyd edilən daşınmaz əmlak açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehlərin banka olan kredit borcu ödənilsin, qeyd edilən daşınmaz əmlaklar açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə boşaldılsın. İş üzrə 145 manat ekspertiza xərci Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar