Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-241/2021 03.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində 03 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200 manat ziyanın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə İddiaçı 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tələbi belə əsaslandırmışdır ki, Cavabdeh Göyçay rayonu Çərəkə kəndi ərazisində 2 ədəd 5 sm yaş halda akasiya ağaclarını qanunsuz olaraq kök boğazından kəsərək məhv etmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində təbiətə 200 manat məbləğində ziyan dəymişdir. Cavabdeh İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində cərimə edilmişdir.Cavabdehə dəfələrlə dəymiş ziyanı ödənilməsi barədə tələb edilsə də cavabdeh təbiətə dəymiş ziyanı ödəməmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, Göyçay rayonu Çərəkə kəndi ərazisində 2 ədəd 5 sm yaş halda akasiya ağacları kəsmişdir. 200 manat dəymiş ziyandan 80 manatını ödəmiş, qalan məbləği də ödəyəcəkdir. İş üzrə cavabdehin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş İnzibati tənbeh vermə haqqında 16.04.2019-cu il tarixli qərardan görünür ki, Cavabdeh 2 ədəd akasiya ağacını kök boğazından kəsdiyi üçün İXMnin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən təbiətə dəymiş ziyanın hesablanması haqqında cədvəldən görünür ki, Cavabdeh Göyçay rayonu Çərəkə kəndində iki ədəd akasiya ağacını kəsməklə təbiətə 200 manat ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh Göyçay rayonu Çərəkə kəndində iki ədəd akasiya ağacını kəsməklə təbiətə 200 manat ziyan vurmuşdur. Cavabdeh məhkəmə baxışı zamanı Göyçay rayonu Çərəkə kəndində 2 ədəd akasiya ağacını kəsdiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş 200 manat ziyan ödənilməlidir. “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanunun 2.1-ci bəndinə əsasən 2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin qanunun 2.7-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 200 manat dəymiş ziyan 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 200 manat ziyan tutularaq 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-241/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-241/2021
03.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver