Məhkəmə qərarları › İş №2(046)-242/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-242/2022

02.02.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-242/2022 02.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızını katibliyi, İddiaçı (nümayəndəsi) vəkili Nümayəndə və iştirakı ilə, Cavabdeh qarşı ölçü işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonunun Hacalıkənd kəndində yerləşən bir mərtəbəli 6 otaqlı, bir zal və digər tikililəri olan fərdi yaşayış evində ölçmə işlərinin aparılması cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı (nümayəndəsi) vəkili Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, iddiaçı Göyçay rayon Hacalıkənd kəndində yaşayır. Həmin kənddə iddiaçıya məxsus olan bir mərtəbəli 6 otaqlı, 1 zaldan ibarət olan yaşayış evi vardır. Cavabdeh də hazırda həmin evdə yaşayır. İddiaçı 1977-ci ildə X5 ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Birgə təsərrüfatda yaşadıqları müddətdə 08.02.1981-ci il tarixdə qızı Allahyarova( Hüseynova) Gülayət Əvəz qızı, 02.06.1983-cü il tarixdə X10, 27.06.1985-ci il tarixdə qızı X7 və xx.xx.1987-ci il tarixdə Cavabdeh anadan olmuşdur. İddiaçının əri X5 24.10.2017-ci ildə tarixdə vəfat etmişdir. Ərindən miras əmlak olan torpaq sahəsini və yaşayış evini faktiki olaraq iddiaçı qəbul etmişdir. Həmən vərəsələr arasında miras əmlakının bölgüsü aparılmamışdır. Hazırda miras əmlakdan vərəsələr özlərinə çatan qanuni payı tələb edirlər. Lakin birgə təsərrüfatda tikdirdikləri evin DƏDRX-dən çıxarışı yoxdur. Bu səbəbdən daşınmaz əmlaka çıxarış olmadığı üçün miras əmlakı vərəsələr arasında bölə bilmirlər. İddiaçı daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması üçün DƏDRX-nın 16 saylı Ucar ərazi dairəsinə ərizə ilə müraciət etmiş, DƏDRX-nın nümayəndəsi həmin evi ölçərək hüquqi sənədin verilməsi məqsədi ilə qeyd olunan ünvana gəldikdə cavabdeh və həyat yoldaşı heç bir əsas olmadan buna maneə yaratmışdır. Buna görə də tələbinin təmin edilməsin xahiş edir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan aşağıdakılara görə təmin edilməlidir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterində 05.10.2022-ci il tarixdə qeydiyyata alınmış çıxarışdan görünür ki, Göyçay rayonu Hacalıkənd kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı, Cavabdeh və digər ailə üzvlərinin adına dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış 04.06.2021 il tarixli məktubdan görünür ki, Göyçay rayonu, Hacalıkənd kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizənizə Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Ərizənin icrası ilə bağlı Göyçay rayonu Hacalıkənd kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman əmlak üzərində mübahisə olduğu aşkar edilmişdir. Bu səbəbdən Göyçay rayonu Hacalıkənd kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnuzun dövlət reyestrində qeydiyyata alınması mümkin olmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Göyçay rayonu Hacalıkənd kəndində yerləşən fərdi yaşayış evini vərəsələr arasında bölüşdürülməsini istəyir. Bununla əlaqədar DƏDRX 16 saylı Ucar ərazi idarəsinə müraciət etmiş, lakin cavabdeh DƏDRX 16 saylı Ucar ərazi idarəsinin əməkdaşlarına mane olduğuna görə inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək bə onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterində 19.01.2021-ci il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən X4, X3, X1, X2, X6 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Göyçay rayon Hacalıkənd kəndində 0.12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində zəruri inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan manelərin aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 10 manatı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Göyçay rayonu Hacalıkənd kəndində yerləşən yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi üçün zəruri inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan manelərin aradan qaldırılması barədə tələbi təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterində 19.01.2021-ci il tarixdə qeydiyyata alınmış çıxarışa əsasən X4, X3, X1, X2, X6 və Cavabdeh ümumi birgə mülkiyyətində olan Göyçay rayon Hacalıkənd kəndində 0.12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində zəruri inventarlaşdırma işlərinin aparılmasına maneə törədilməsi Cavabdeh qadağan edilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar