Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-243/2022 03.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1nə, Bank "BTB” ASC-yə Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinə qarşı alqısatqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair mülki işin materiallarına baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Bank "BTB” ASC-yə Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Bank "BTB” ASC-yə Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-243/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-243/2022
03.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver