Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-244/2024 31.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı inventarlaşdırma işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göyçay şəhərində hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 ərizə ilə məhkəməyə müraciət edərək Göyçay rayonunun Kürdəmiş kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair J№-110 saylı dövlət aktına əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,81 ha torpaq sahəsində əkin işlərinin və istixana qurulmasının Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və əlavə edilmiş sənədlərin və eləcə də dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən MPM-nin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2023-ci il tarixli qəbzdən görünür ki, iddiaçı İddiaçı tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı Cavabdeh qarşı inventarlaşdırma işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı vəsatətinə əsasən geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan alındığı və ya təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-244/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-244/2024
31.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver