Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-245/2021 06.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi anası Nümayəndə Seyfəddin qızının və Cavabdeh iştirakı ilə, ziyan tələbinə dair mülki işə Göyçay şəhərində 06 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 5180 manat ziyanın, 30 manat dövlət rüsumun və sənədlərin hazırlanması üçün 60 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə İddiaçı nümayəndəsi anası Nümayəndə Seyfəddin qızı iddianı müdafiə edərək tələbi belə əsaslandırmişdır ki, 2018-ci ilin aprel ayinda iddiaçı özünə məxsus Bakı səhəri Nərimanov rayonu 2-ci Sülh küçəsi ,ev 84, mən 82-83-də təmir işləri aparmaq qərarına gəlmişdir. Qonşuluqda yaşayan usta kimi tanıdığı Cavanşirə bu barədə bildirmiş, Cavanşir xəstə olduğunu və uzun müddət işləyə bilməyəcəyini bildirmişdir. Onun məsləhəti ilə Cavabdeh dəvət etmiş, ev 4 otaqdan , 110kv.m-dən ibarətdir. Cavabdeh evə baxmış və Namiq adlı usta ilə işləyəcəyini bildirmişdir. Ertəsi gün onlar otaqları təmir edəcəklərini bildirmişlər. Cavabdeh onunla (iddiaçının anasınümayəndəsi) ilə razılaşmışlar, evin acarın verərək getmişlər. Bir necə gün sonra işin cox olduğunu bəhanə gətirərək özləri ilə Vasif adlı birisini də gətirmişlər. Onların təmirə işlədəcəkləri materiallarin çoxunu siyahı yazaraq həmən aldıqlarından, əlavə lazım olan xirda-para mazəmələri isə onun tapşırığı ilə yaxınlıqdakı inşaat materiallari mağazasından cavabdeh alırmış, pulu isə onlar ödəmişlər. İddiaçının işi ilə əlaqədar vaxt tapıb daimi onlara nəzarət edə bilməmişdir. Təmirlə bağlı irad bildirəndə Surxay narahat olmamağını bildirmişdir. Dəfərərlə onların iradlarina baxmayaraq zal otağın tavanını düzəltmək əvəzinə əvvəl onun yazdırdığı və aldıqları “Fab” boyasını günahlandırırdı. Surxayın məsləhəti ilə “ Marşal “ boyası almışlar. Surxya tavanı düzəltmək əvəzinə, bəhanə edərək, bu boya tavana y o x , divar üçün olduğunu bildirmişdir. Cavabdeh öhdəsinə düşən işi layiqingə görmək əvəzinə,əksinə iddiaçıya 5270 manat ziyan vurmuşdur. Zal otağa - tavanin,divar və arkanın qaşınması, yenidən işlənməsi. parketin qaşınması və laklanması üçün- 1050 manat;, ikinci otağa - tavanın, dekorun divarin qaşinması, yenidən işlənməsi- 370 manat:, ücüncü otaq- dekorun, divarların qaşınması -yenidən işlənməsi- 410 manat;, dördüncü otaq—tavanın, divarın qaşınması , yenidən işlənməsi- 390 manat;, mətbəxtdə - divarların ,tavanın arkanın qaşınması və yenidən iş- İşlənməsi - 530 manat;, dəhlizlərdə - divarların, tavanın qaşınması yenidən işlənməsi- 580 manat;, razetkaların , qapı və pəncərələrin normal vəziyyətə salınması və bu kimi xırda işlərin görülməsi üçün 100 manat. Eləcədə istilik sistemi Surxay tərəfindən düzgün quraşdırılmamasına görə 180 manat verərək özüm düzəltmək məcburiyyətində qalmışam. Astar, üz, əhəng, emusiyanın, dolğu, parket lakının alınması , 4-cü mərtəbəyə qaldırmaq, alınan mallarin boşaldılması-yığılması ücün fəhlə və maşına, təmir zamanı yığilmış zibillərin atılmasi ücün və digər lazım olan materialların alınması üçün 1570 manat. Buna görə də tələbinin təmin edilməsin xahiş edir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 2018-ci ilin aprel ayında İddiaçı ilə razılaşaraq ona məxsus 4 otaqlı mənzili digər ustalar Vasif və Namiq ilə birlikdə təmir etmişlər. Aparılmış təmir işləri 2018-ci ilin may ayında başa çatdırılmış və mənzil İddiaçı təhvil verilmişdir. Mənzilin təmiri bitməsinə bir müddət qalmış, Rusiya Federasiyasına getdiyindən digər ustalar mənzilin təmir işlərini başa çatdırıb iddiaçıya təhvil vermişlər. 2018-ci ilin noyabr ayında iddiaçı ona müraciət edərək bəzi xırda para işlərdə çatışmamazlıq olduğunu bildirmiş, ondan həmin işlərin tamamlanmasını xahiş etmişdir. Bir neçə dəfə iddiaçıya mənzildə olan xırda para işlərin yerinə yetirilməsinə hazır olduğunu bildirməsinə baxmayaraq, iddiaçı onu mənzilə buraxmamışdır. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 25.11.2011-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu 2-ci sülh döngəsi ev 84, mənzil 82 İddiaçı xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının 25.02.2021-ci il tarixli 10/4245 saylı rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 2-ci sülh döngəsi ev 84, 82 mənzildə aparılan keyfəiyyətsiz təmir işləri nəticəsində ziyan dəydiyi müəyyən edilir. Həmin qüsurların aradan qaldırılması üçün yerinə yetirləcək təmirtikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri 4782 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh 2018-ci ilin mart-may aylarında İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzili təmir etmiş, İddiaçı təmir işləri başa çatdıqdan sonra mənzili təhvil almışdır. İddiaçı 2018-ci ilin noyabr ayında təmir işlərinin keyfiyyətsiz aparılması barədə Cavabdeh irad tutmuş və keyfiyyətsiz və yarımçıq aparılmış təmir işlərinin tamamlanmasını tələb etmişdir. Hazırda iddaçı mülkiyyətində olan mənzildə cavabdeh tərəfindən aparılmış keyfiyyətsiz təmir-tikinti işlərinə görə ona vurulmuş ziyanı tələb edir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus mənzildə təmir-tikinti keyfiyyətsiz aparmışdır. Qeyd edilən qüsurların aradan qaldırılması üçün yerinə yetirləcək təmir-tikinti işlərinin dəyəri ekspertiza rəyində nəzərdə tutulmuş məbləğdə yəni, 4782 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, iddia ekspertiza rəyində qeyd edilən məbləğdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunun mənasından göründüyü kimi, zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi sənədlərin hazırlanması üçün 60 manat vəsait sərf etdiyinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh 4782 manat ziyan və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. İş üzrə 100 manat məhkəmə xərci cavabdehdən tutularaq ekspertiza mərkəniz ödənilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 4782 manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İş üzrə 100 manat ekspertiza xərci Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-245/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-245/2021
06.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver