Məhkəmə qərarları › İş №2(046)-250/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-250/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-250/2021 19.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 3401 manat məbləğində borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3431 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019cu il və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən cavabdehin 3401 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, belə ki, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 420 manat (12 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan Samsung Paltaryuyan üçün ümumilikdə, 156 manat əsas borc, 42 (qırx iki) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 253 (iki yüz əlli üç) manat (11 ay x 23 manat 0 manat ilkin ödəniş) Demir Dokum markalı Kombi Stabilizator, HOFFMANN markalı Seksiya üçün ümumilikdə, 112 manat əsas borc, 34 manat dəbbə, pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1224 manat (18 ay x 68 manat + 0 manat ilkin ödəniş) HOFFMANN Kombi, Seksiya Senator, Diavallo, Optima, Senator üçün 884 manat əsas borc, 244 manat dəbbə pulu, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 624 manat (12 ay x 52 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********00953 olan Xiaomi Mi A2 markalı telefon, Power Bank mi üçün ümumilikdə, 364 manat əsas borc, 109 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 506 (beşyüz altı) manat (11 ay x 46 manat + 0 manat ilkin ödəniş) LG LED TV üçün ümumilikdə 307 manat əsas borc, 96 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1084 manat (12 ay x 90 manat + 4 manat ilkin ödəniş Toshiba markalı kondisioner üçün ümumilikdə, 810 manat əsas borc, 243 manat dəbbə pulu borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qalan borcunu ödəməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 420 manat olan Samsung markalı paltaryuyan satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 11 ay müddətinə dəyəri 253 manat olan Demir Dokum markalı Kombi Stabilizator, HOFFMANN markalı Seksiya satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə dəyəri 1224 manat olan HOFFMANN Kombi, Seksiya Senator, Diavallo, Optima, Senator satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 624 manat olan İMEİ Kodu **********00953 olan Xiaomi Mi A2 markalı telefon, Power Bank mi satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 11 ay müddətinə dəyəri 506 manat olan LG Led televizor satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 1084 manat olan TOSHİBA kondisioneri satılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu,xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən Cavabdeh iddiaçıya 3401 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 42 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 34 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 244 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 109 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 96 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 243 manat dəbbə pulu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafeylərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun ümumilikdə 50 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 2633 manat borc, 50 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2633 manat əsas borc, 50 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu cəmi 2713 manat tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar