Məhkəmə qərarları › İş №2(046)-259/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-259/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-259/2021 15.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 155.67 manat əsas kredit borcu, 165.97 manat faiz borcu, 21.66 manat gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla, cəmi 705.60 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 tələbi belə əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə LPO İddiaçı ASC ilə Cavabdeh 36 ay müddətinə 300 manat məbləğində kredit kartının verilməsi barədə kredit xətti açılmışdır. xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən kredit kartının istifadəsi üzrə müqavilənin bitmə tarixi xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Cavabdeh banka cəmi 705.60 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək LPO İddiaçı ASC ona qarşı kredit müqaviləsi üzrə ümumilikdə 705.60 manat kredit borcunun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli kredit kartının verilməsi müqaviləsindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında 36 ay müddətinə 300 manat kredit xəttinin açılması barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli əlavə sazişdən görünür ki, kredit kartının istifadəsi üzrə müqavilənin bitmə tarixi xx.xx.2017-ci il tarixədək uzadılmışdır Məhkəmə hesab edir ki, kredit müqaviləsinin bitmə tarixi xx.xx.2017-ci il olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2017-cı il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırdığından, (iddia ərizəsi xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir) üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh 155.67 manat əsas kredit borcu, 165.97 manat faiz borcu, 21.66 manat gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla, cəmi 705.60 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh 155.67 manat əsas kredit borcu, 165.97 manat faiz borcu, 21.66 manat gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla, cəmi 705.60 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar