Məhkəmə qərarları › İş №2(046)-272/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-272/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-272/2021 15.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı LPO Dəmir Bank ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 15 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: LPO DəmirBank ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 60.68 manat əsas borcu, 192.02 manat cərimə borcu və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 10.79 manat borc olmaqla, cəmi 263.49 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO DəmirBank ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 23.07.2014-cü il tarixdə LPO DəmirBank ASC ilə Cavabdeh 36 ay müddətinə 300 manat məbləğində kredit kartının verilməsi barədə kredit xətti açılmışdır. Cavabdeh banka cəmi 330.36 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək LPO DəmirBank ASC-nin ona qarşı kredit borcunun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş 23.07.2014-cü il tarixli kredit kartının verilməsi müqaviləsindən görünür ki, LPO DəmirBank ASC ilə Cavabdeh arasında 36 ay müddətinə 300 manat kredit xəttinin açılması barədə müqavilə bağlanmışdır. Məhkəmə hesab edir ki, kredit müqaviləsinin bitmə tarixi 23.07.2017-ci il olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi 23.07.2017-cı il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə iddia ərizəsini 30.07.2020-ci il tarixdə tərtib etmişdir. Göründüyü kimi üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçı LPO DəmirBank ASC-nin Cavabdeh 263.49 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı LPO DəmirBank ASC-nin Cavabdeh 263.49 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar