Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-274/2021 17.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, ziyan tələbinə dair mülki işə Göyçay şəhərində 17 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1240 manat ziyanın və ödənilmiş 30 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, mülkiyyətində Göyçay rayonunun Yeniarx kəndində yerləşən 3,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin ərazisində və sərhəd boyu əbürşim ağacları əkib yetişdirmişdir. Torpaq sahəsi ilə həmsərhəd ərazidə yaşayan Cavabdeh 2020-ci ilin mart ayında mülkiyyətində olan torpaq sahəsində əkib becərdiyi 12 ədəd əbürşim ağaclarını yarpaqlayan zaman qərəzli olaraq od vurub yandıraraq məhv etmişdir. Bununla ələqədar olaraq 8 saylı Ekologiya və və Təbii Sərvətlər idarəsi müraciət etməyi ilə əlaqədar olaraq araşdırma aparılmış cavabdeh ağacların yandırmasını etiraf etmədiyi üçün 8 saylı Ekologiya və Təbii Sərvətlər idarəsi cavabdehlə bağlı Göyçay rayon polis şöbəsinə müraciət etmişdir. Buna əsasən polis şöbəsində araşdırılma aparılmış və həmin yanğının cavabdeh tərəfindən törədilməsi, ağaclardan ikisinin cavabdeh tərəfindən kəslib aparılması, 8 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin 09 iyul 2020-ci tarixli rəyinə əsasən yanmış 10 ədəd ağaca və cavabdeh tərəfindən kəslib aparılan, 2 ədəd ağaca görə ona 1240 manat dəyərində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Cavabdehə ağacların kəsilib özünə qalması şərti ilə ziyanın 100 manatını ödəməklə mübahisəni məhkəmədən kənar həll edilməsi təklif etmiş, lakin cavabdeh 20 manat pul müqabilində mübahisəni həllini təklif etmişdir. Bunula razı olmamışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində 10 ədəd ağac yandırmışdır. Lakin həmin əbürşimlərə dəymiş ziyanı ödəmək iqtidarında deyil. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin Ucar ərazı idarəsi tərəfindən verilmiş 28.08.2018-ci il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu Xəlitli kəndində yerləşən 3.93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyəti kimi 28.08.2018ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay DAİM-nin bitkiçilik sektorunun 18.02.2021-ci il tarixli rəyindən görünür ki, Göyçay rayon Yeniarx kənd ərazisində 18 fevral 2021 -ci il tarixdə İddiaçı mülkiyyətində olan 3.93 ha torpaq sahəsində əkmiş olduğu 12 (on iki) ədəd ağaclarının mövcud vəziyyəti barədə X3 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi X1 tərəfindən baxış keçirilərək, aşağıdakılar müəyyən olunmuşdur. 12 (on iki) ədəd yanmış ağaclar söyüdkimilər fəsiləsinə aid olan Qovaq (Əbirşim və yaxud Qələmə) ağaclarıdır. Yaşları inkişaf səviyyəsinə görə təqribən 8-9 yaş dövründədir. Diametrləri:1 (bir) ədədi 14 sm;1 (bir) ədədi 12 sm;3 (üç) ədədi 9 sm;3 (üç) ədədi 8 sm;1 (bir) ədədi 7 sm;1 (bir) ədədi 6 sm;1 (bir) ədədi 5 sm;1 (bir) ədədi 4 sm təşkil edir. Məhkəməyə təqdim edilmiş Məhkəmə-əmtəəşunaslıq ekspertizasının 18.03.2021-ci il tarixli 7/263:9/1383 saylı rəylərindən görünür ki, X3 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun rəyinə əsasən həmin ərazidə 12 (on iki) ədəd yanmış ağaclar söyüdkimilər fəsiləsinə aid olan Qovaq (Əbirşim və yaxud Qələmə) ağaclardır. Yaşları inkişaf səviyyəsinə görə təqribən 8-9 yaş dövründədir. Diametrləri 01 (bir) ədədi 14 sm, 01 (bir) ədədi 12 sm, 03 (üç) ədədi 9 sm, 03 (üç) ədədi 8 sm, 01 (bir) ədədi 7 sm, 01 (bir) ədədi 6 sm, 01 (bir) ədədi 5 sm, 01 (bir) ədədi 4 sm təşkil edir. Yanmış ağacların oduncağı qabıqaltı zərərverici həşəratlar və göbələklər tərəfindən qismən zədələnmişdir. Yanmış ağacların kök gövdəsində qismən çürümə prosesi baş vermiş, oduncağının qabıq hissələrinin rəngi qaralaraq dəymiş və ağaclarının qabıqlarında qismən yumşalma müşahidə olunur. Qeyd olunan faktlar yanğın nəticəsində baş verə bilər. Yanmış ağaclardan 7 ədədi tam qurumuş, 5 ədədi isə kök gövdəsi tam qurumadığı üçün yeni pöhrələr vermiş və gələcəkdə inkşaf etmək ehtimalı vardır. Söyüdkimilər fəsiləsinə aid olan qovaq (əbirşim və yaxud qələmə) ağacları. Yaşları inkşafı səviyyəsinə görə təqribən 8-9 yaş dövründədir. 01 (bir) ədəd diametri 14 sm - 80,00 manat 01 (bir) ədəd diametri 12 sm - 60,00 manat, 03 (üç) ədəd diametri 9 sm - 120,00 (3x40m) manat, 03 (üç) ədəd diametri 8 sm - 60,00 (3x20m) manat, 01 (bir) ədəd diametri 7 sm - 15,00 manat, 01 (bir) ədəd diametri 6 sm - 10,00 manat,01 (bir) ədəd diametri 5 sm - 8,00 manat,01 (bir) ədəd diametri 4 sm - 5,00 manat, Cəmi 358 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonunun Yeniarx kəndində yerləşən 3,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş ağacların Cavabdeh tərəfindən yandırılmasını əsas gətirərək ona ziyan vurulduğuna görə cavabdehdən ziyan tələb edir. Cavabdeh məhkəmə baxışı zamanı iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində 12 ədəd ağacı yandırdığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş 358 manat ziyan ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə baxışı zamanı iddiaçı İddiaçı Cavabdeh tərəfindən ona1240 manat ziyan vurulmasına əsas verə bilən heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Təqdim edilmiş qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu pul ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilən hissədə 500 manat məbləğdən aşağı olduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İş üzrə ekspertiza xərci olan 100 manat cavabdehdən alınaraq ekspertiza mərkəzinə ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 358 manat dəymiş ziyanın əvəzi və 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 358 manat dəymiş ziyanın əvəzi və 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza xərci olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-274/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-274/2021
17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver