Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-275/2022 29.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 2685.6 manat məbləğində borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2705.06 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 16.05.2019-cu il, 11.11.2019-cu il, 13.03.2020-ci il, 28.03.2020-ci il, 23.04.2020-ci il və 10.06.2020-ci il tarixli müqavilə alqı-satqı müqavilələri üzrə borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.05.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 936 (doqquz yüz otuz altı) manat (18 ay x 52 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********74496 olan Samsung Galaxy A7 markalı telefon üçün ümumilikdə, 213 (iki yüz on üç) manat olmaqla ondan, 167 (yüz altmış yeddi) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat dəbbə pulu, 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 421 (dörd yüz iyirmi bir) manat (12 ay x 35 manat + 1 manat ilkin ödəniş) İMEİ Kodu **********24207 olan Samsung galaxy A10s markalı telefon üçün ümumilikdə, 222 (iki yüz iyirmi iki) manat olmaqla ondan, 170 (yüzyetmiş) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat dəbbə pulu, 13.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1103.4 (min yüz iiç, qırx qəp) manat (18 ay x 61.3 manat + 0 manat ilkin ödəniş) Paltaryuyan Samsung üçün ümumilikdə, 1265 (min iki' yüz altmış beş) manat olmaqla ondan, 991 (doqquz yüz doxsan bir) manat ödənilməmiş hissə, 274 (iki yüz yetmiş dörd) manat dəbbə pulu, 28.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 381.6 (üç yüz səksən bir, altmış qəp) manat (12 ay x 31.8 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********24207 olan Samsung galaxy A10 markalı telefon, X1 Samsung aksesuar üçün ümumilikdə, 289.6 (iki yüz səksən doqquz, altmış qəp) manat olmaqla ondan, 224.6 (ikiyüz iyirmi dörd, altmış qəp) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat dəbbə pulu, Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 74.8 (yetmiş dörd, səksən qəp) manat (12 ay x 5.9 manat + 4 manat ilkin ödəniş) Casio saat üçün ümumilikdə, 45 (qırx beş) manat olmaqja ondan, 36 (otuz altı) manat ödənilməmiş hissə, 9 (doqquz) manat dəbbə, 10.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 573 (beş yiiz yetmiş üç) manat (12 ay x 45 manat + 33 manat ilkin ödəniş) İMEİ Kodu **********21351 olan Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə, 651 (altı yüz əlli birj manat olmaqla ondan, 503 (beş yüz üç) manat ödənilməmiş hissə, 148 (yüz qırx səkkiz) manat dəbbə pulu borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qalan borcunu ödəməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə dəyəri 828 manat olan Hoffman markalı kondisioner satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16.05.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə dəyəri 936 manat olan Samsung markalı telefon satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.11.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 421 manat olan Samsung markalı telefon satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.03.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə dəyəri 1103.4 manat Samsung markalı paltaryuyan satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28.03.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 381.6 manat Samsung markalı telefon satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23.04.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 74.8 manat Casio markalı saat satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10.06.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 573 manat Samsung markalı telefon satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehdən 16.05.2019-cu il tarixli müqavilə üzrə 46 manat, 11.11.2019-cu il tarixli müqavilə üzrə 52 manat, 13.03.2020-ci il tarixli müqavilə üzrə 274 manat, 28.03.2020-ci il tarixli müqavilə üzrə 65 manat, 23.04.2020-ci il tarixli müqavilə üzrə 9 manat və 10.06.2020-ci il tarixli müqavilə üzrə 148 manat dəbbə pulu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafeylərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun ümumilikdə 26 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 2091.6 manat borc, 26 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2091.6 manat əsas borc, 26 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-275/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-275/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver