Məhkəmə qərarları › İş №2(046)-276/2022

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-276/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-276/2022 08.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 Mubariz oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, "xxxx" MMCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı nisyə satış müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4735 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər 08.02.2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı nisyə satış müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin tutulması barədə iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar