Məhkəmə qərarları › İş №2(046)-279/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-279/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-279/2022 21.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı AccessBank QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: AccessBank QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 27.09.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsi üzrə 1704.75 manat əsas kredit borcunun, 0.71 manat faiz borcu, 884.93 manat cərimə borcu olmaqla, cəmi 2590.39 manat kredit borcunun və 27.09.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsi üzrə 422.6 manat əsas kredit borcun, 0.18 manat faiz borcu, 270.18 manat cərimə borcu olmaqla cəmi 692.96 manat kredit borcunun ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AccessBank QSC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 27.09.2019-cu il tarixli 026A********** saylı AccessBank QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh aylıq 0.0833 faiz olmaqla 60 ay müddətinə 2472.8 manat, 27.09.2019-cu il tarixli 026A********** saylı AccessBank QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh aylıq 0.0833 faiz olmaqla 60 ay müddətinə 596.03 manat kredit verilmişdir. Hər iki müqavilə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh hər iki kredit müqaviləsi üzrə borcu yaranmışdır. Müqavilələrdən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, kredit üzrə borcun qaytarılması üçün heç bir tədbirlər görülməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 27.09.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında 60 ay müddətinə aylıq 0.0833 faiz olmaqla 2472.8 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 27.09.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında aylıq 0.0833 faiz olmaqla 60 ay müddətinə 596.03 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı QSC-nin cavabdehdən 27.09.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsi üzrə 884.93 manat cərimə borcu və 27.09.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləs üzrə 270.18 manat dəbbə pulu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafeylərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun İddiaçı QSC-nin cavabdehdən 27.09.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsi üzrə 4.93 manat, 27.09.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsi üzrə 1.18 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı AccessBank QSC məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, AccessBank QSC-nin iddiası təmin edilməli, Cavabdeh 27.09.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsi üzrə 1704.75 manat əsas kredit borcu, 0.71 manat faiz borcu, 4.93 manat cərimə borcu olmaqla, cəmi 1710.39 manat kredit borcu və 27.09.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsi üzrə 422.6 manat əsas kredit borcun, 0.18 manat faiz borcu 1.18 manat cərimə borcu olmaqla cəmi 423.96 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq AccessBank QSC-nin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 27.09.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsi üzrə 1704.75 manat əsas kredit borcu, 0.71 manat faiz borcu, 4.93 manat cərimə borcu olmaqla, cəmi 1710.39 manat kredit borcu və 27.09.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsi üzrə 422.6 manat əsas kredit borcun, 0.18 manat faiz borcu 1.18 manat cərimə borcu olmaqla cəmi 423.96 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar