Məhkəmə qərarları › İş №2(046)-285/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-285/2021

20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-285/2021 20.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi oğlu Nümayəndə iştirakı ilə, Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1300 manat ziyanın və 30 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə İddiaçı nümayəndəsi oğlu Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmişdır ki, 2020-ci ilin fevral ayında Cavabdeh ilə ünvan 1, 1 saylı evin çöl təmir işləri, yəni evin kəllə-bəzək dəmir işləri və nolçanın vurulması ilə bağlı evə baxış keçirmişdir. Cavabdeh ölçü işləri aparıb iddiaçıya material almaqla yanaşı usta xərci ilə birlikdə 700 manat pul lazım olduğunu bildirmişdir. Cavabdehə daha keyfiyyətli materialla kəllə-bəzək dəmir işləri və nolça vurulmasını bildirdikdə cavabdeh 1300 manat pul hesablamış, keyfiyyətli materialı özü alacağını söz vermiş və həmin vaxt 700 manat cavabdehə pul vermişdir. Sonradan cavabdehə hissə-hissə cəmi 1300 manat pul vermişdir. Cavabdeh onlara məxsus evə kəllə dəmirləri ilə birlikdə nolça vurmuşdur. Sonradan yağıntılar zamanı cavabdehin keyfiyyətsiz material alaraq işlər görməsi səbəbindən nolçalarada su toplanmış və yararsız hala düşmüşdür. Cavabdeh evin kəlləbəzək dəmir işlərini keyfiyyətsiz görmüş və külək əsməsi nəticəsində kəllə-bəzək dəmir işləri yararsız hala düşmüşdür. Cavabdehin keyfiyyətsiz material alaraq iş görməsi nəticəsində onlara 1300 manat maddi ziyan dəymişdir. Cavabehə dəymiş maddi ziyanın aradan qaldırılması barədə dəfələrlə müraciət etsə də cavabdeh onlara dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş fərdi yaşayış evinin texiniki pasportdan görünür ki, İddiaçı ünvan 1, 1 saylı evdə qeydiyyatda olmaqla yaşayır və həmin fərdi yaşayış evinin sahibidir. Məhkəməyə təqdim edilmiş Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1, 1 saylı evdə qeydiyyatdadır. Məhkəmə tikinti-texniki ekspertizasının 27.08.2021-ci il tarixli 10/1661 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin küçə tərəfdən damının kənarı ilə su novu keyfiyyətsiz vurulmuş və mövcud olan qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 224.6 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh 2020-ci ilin fevral ayında İddiaçı sahibliyində olan ünvan 1, 1 saylı fərdi yaşayış evinin çöl təmir işləri, yəni evin kəllə-bəzək dəmir işləri və nolçanın vurulması ilə bağlı razılaşmış, görülən işlərin haqqı olan 1300 manat pul iddiaçı tərəfindən cavabdehə ödəmişdir. İddiaçı təmir işlərinin keyfiyyətsiz aparılması barədə Cavabdeh irad tutmuş və keyfiyyətsiz təmir işlərinin tamamlanmasını tələb etmişdir. Hazırda iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin küçə hissəsində cavabdeh tərəfindən aparılmış keyfiyyətsiz təmir-tikinti işlərinə görə ona vurulmuş ziyanı tələb edir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evinin küçə tərəfində təmir-tikinti keyfiyyətsiz aparmışdır. Qeyd edilən qüsurların aradan qaldırılması üçün yerinə yetirləcək təmir-tikinti işlərinin dəyəri ekspertiza rəyində nəzərdə tutulmuş məbləğdə yəni, 224.6 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, iddia ekspertiza rəyində qeyd edilən məbləğdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunun mənasından göründüyü kimi, zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (oğlu) Nümayəndə Cavabdeh oğlunun keyfiyyətsiz təmir-tikinti işlərinin apardığından 1300 manat ziyan dəydiyinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəməyə təqdim edilmiş 04181 saylı vəsiqədən görünür ki, İddiaçı şəhid ailəsidir. X2 Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 20 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh 224.6 manat ziyan alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 224.6 manat pul alınaraq İddiaçı verilsin. İş üzrə 100 manat ekspertiza xərci Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. 20 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar