Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-287/2021 11.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC BOKT-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Göyçay şəhərində 11 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1697.50 manat kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə İddiaçı QSC BOKT-nın nümayəndəsi qismində izahat vermiş X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, “xxxx” ASC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 22 %-lə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 ilə 18.08.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin müqavilənin şərtlərini pozaraq əsas borcunu vaxtında ödəməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq lazımı nəticə çıxarmamışdır. Cavabdehin cəmi borcu 1697.50 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar “xxxx” ÄSCnin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı “xxxx” ASC-nin Cavabdeh1 qarşı 1697.50 manat borcu üzrə tələb hüququ 06.11.2017-ci il tarixli təhviltəslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, iddiaçı ilə kredit müqaviləsi bağlamış, kredit götürmüşdür. Kredit borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş “xxxx” ASC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.08.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə illik 22 faizlə 5000 manat məbləğində kredit verilməsi barədə müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 18.08.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə “xxxx” ASC arasında zaminlik müqaviləsi bağlanmış, zamin kredit alan Cavabdeh1 borc məbləğinə görə “xxxx” ASC qarşısında öhdəlik götürmüşdür. Məhkəməyə təqdim edilmiş 06.11.2017-ci il tarixli təhvil-təslim Aktından görünür ki, “xxxx” ASC-nin Cavabdeh1 qarşı 1697.50 manat məbləğində problemli borcu üzrə tələb hüququ İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 ilə xxxx” ASC arasında 18.08.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 36 ay müddətinə illik 22 faizlə 5000 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 18.08.2014-cü il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 kredit alan Cavabdeh1 zamin durmuşdur. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 oğlu, Cavabdeh1 bankla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müştərək məsuliyyət daşıyır. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmışdır. Hazırda iddiaçı cavabdehlərdən kredit borcu tələb edir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh2 bankla bağladığı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müştərək məsuliyyət daşıdığından iddiaçı borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1697.50 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı QSC BOKT-nın xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1697.50 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-nın xeyrinə verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-287/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-287/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver