Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-293/2024 16.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 730 manat zərərin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Göyçay rayonu Qarabağlar kəndi ərazisində özünə məxsus 01 baş iri buynuzlu heyvanı yolun kənarında nəzarətsiz buraxmış, nəticədə idarə etdiyi VAZ 21043 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşınla heyvanı vurmuş və VAZ 21043 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 730 manat maddi zərər dəymişdir. Avtomobilinə dəymiş 730 manat ziyan Volqa MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışla da öz təsdiqini tapmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(046)-697/2023 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nın 338.7-ci maddəsi ilə təqsirli bilinib, ona 100 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra Cavabdeh avtomobilinə dəymiş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə müraciət etsə də heç bir nəticəsi olmamışdır. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh işə mahiyəti üzrə baxılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanı ekspert rəyində göstərilmiş həddə qəbul edir. Həmin ziyanı hissə-hissə ödəyəcəkdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş AB N 872794 nömrəli X1 Şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21043 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı xüsusi mülkiyyətindədir. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(046)-697/2023 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nın 338.7-ci maddəsi ilə təqsirli bilinib, ona 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşə materiallarına əlavə edilmiş Volqa MMC tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, İddiaçı oğlunun idarə etdiyi VAZ 21043 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 730 manat maddi ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə əmtəəşunaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/1986 saylı rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan Volqa MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən 1999-cu il buraxılışlı, VAZ 21043 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci təxminən 680 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki,Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Göyçay rayonu Qarabağlar kəndi ərazisində özünə məxsus 01 baş iri buynuzlu heyvanı yolun kənarında nəzarətsiz buraxmış, nəticədə İddiaçı idarə etdiyi VAZ 21043 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşınla heyvanı vurmuş və VAZ 21043 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 730 manat maddi zərər dəymişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(046)-697/2023 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nın 338.7-ci maddəsi ilə təqsirli bilinib, ona 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşin tam hərtərəfli və obyektiv öyrənilməsi məqsədi ilə məhkəmə tərəfindən məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin edilmiş, ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı məxsus VAZ 21043 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 680 manat maddi ziyan dəymişdir. Cavabdeh iddianın ekspert rəyində göstərilən həddə təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı məxsus avtomobilə 700 manat ziyan dəydiyinə dair heç bir mötəbər subut müəyyən edilməmişdir. Göründüyü kimi Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı oğluna 680 manat ziyan dəymişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, İş üzrə ekspertiza xərci olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 680 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı oğluna verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 680 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı oğluna verilsin. İş üzrə ekspertiza xərci olan 100 manat iddiaçı Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-293/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-293/2024
16.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver