Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-299/2025 14.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, nümayəndəsi (qardaşı) Nümayəndə, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneəlirən aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndəməhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin, əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən MPM-nin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı Cavabdeh maneəlirən aradan qaldırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə vəsatətinə əsasən geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan alındığı və ya təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-299/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-299/2025
14.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver