Məhkəmə qərarları › İş №2(046)-3/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-3/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-3/2021 31.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştiraki ilə, xxxx KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 31 may 2021 il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xxxx KB ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 4773.41 ABŞ dolları əsas kredit borcunun, 287.60 ABŞ dolları faiz borcunun və 10.99 ABŞ dolları cərimə borcu olmaqla cəmi 5072 ABŞ dolları kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Cavabdeh həmin əmrdən etiraz vermiş və Göyçay rayon Məhkəməsinin qərardadı ilə qeyd edilən əmr ləğv edilmiş və iddia icratına keçirilmişdir. İddiaçı xxxx KB ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh xxxx KB ASC-yə 2165.83 ABŞ dolları kredit borcu olduğunu və məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı xxxx KB ASC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə xxxx KB ASC arasında 23.09.2015-ci il tarixdə 60 ay müddətinə 24 fazi olmaq şərti ilə 4774 ABŞ Dolları məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh tərəfindən ödənişlər aparılsa da borcun tam ödənilməsi həyata keçirilməmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçı xxxx KB ASC ilə kredit müqaviləsi bağlamışdır. Kredit götürmüşdür. Maddi imkanı olmadığından kredit borcunu qaytara bilməmişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə cavabdehi dinələyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 23.09.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh arasında 60 ay müddətinə illik 24 faiz olmaqla şərtilə 4774 ABŞ Dolları məbləğinədək kredit xəttini, nağd pulun çıxarılmasına görə 5 faiz məbləğədək komisyon haqlarının borcalana aça bilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 05.02.2021-ci il tarixli 09/210 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xxxx KB ASC-nə olan əsas borcu 4774 ABŞ dolları əsas borcu və 2606.88 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun kəsiri olan 10 manat dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 100 manat məhkəmə xərcinin Cavabdeh tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, xxxx KB ASC-nin iddiası təmin edilməli, Cavabdeh 2165.83 ABŞ dolları kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu tutularaq xxxx KB ASC-nə qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan 100 manat məhkəmə xərcinin Cavabdeh tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 2165.83 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və 20 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” KB ASC-nin hesabına keçirilsin. Cavabdeh 10 manat tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar