Məhkəmə qərarları › İş №2(046)-3/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-3/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-3/2024 02.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" BOKT MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 2893.07 manat əsas kredit borcu, 1366.82 manat faiz borcu, 1366.82 manat cərimə borcu olmaqla, cəmi 5301.03 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən müqavilə üzrə 2893.07 manat əsas kredit borcu, 1366.82 manat faiz borcu, 1366.82 manat cərimə borcu olmaqla, cəmi 5301.03 manat kredit borcu və 20 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 tutularaq "xxxx" BOKT MMC-yə verilmişdir. Cavabdeh1 məhkəmə əmrindən etiraz vermiş, məhkəmənin qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. Əsas borclu Cavabdeh1 xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən mülki iş üzrə icraat məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadına əsasən hüquqi varis müəyyən edilənədək dayandırılmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən mülki iş üzrə icraat təzələnmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamədən görünür ki, Cavabdeh1 qanun üzrə vərəsəsi X2r. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı "xxxx" BOKT MMC Cavabdeh1 qarşı borcun ödənilməsi tələbi üzrə Cavabdeh1 cavabdeh X3 ilə əvəz edilmişdir. İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəmə müraciət edərək göstərmişdir ki, cavabdehlərdən 15.07 manat əsas kredit borcu, 1327.19 manat faiz borcu və 8165.54 manat cərimə borcu olmaqla cəmi 9507.80 manat kredit borcunun müştərək qaydada tutulmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmidir. İş üzrə iddiaçı "xxxx" BOKT MMC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 33 faiz olmaqla 30 ay müddətinə 6.000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 banka cəmi 5307.03 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər.Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında illik 33 faiz olmaqla 30 ay müddətinə 6.000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, mərhum Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 33 faiz olmaqla 30 ay müddətinə 6.000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ilə "xxxx" BOKT MMC arasında xx.xx.2014cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ölümündən sonra ona məxsus əmlakları vərəsəsi anası - X3 qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. . Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" BOKT MMC -nin cavabdehlərdən kedit müqaviləsi üzrə 8165.54 cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 65.54 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 20 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Dövlət rüsumunun kəsiri olan 14 manat cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, "xxxx" BOKT MMC-nin iddiası qismən təmin edilməli, cavabdehlər X1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 isə müştərək qaydada 15.07 manat əsas kredit borcu, 1327.19 manat faiz borcu olmaqla, 65.54 manat cərimə borcu olmaqla, cəmi 1407.8 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu alınaraq KredoAqro BOKT MMC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər X1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 15.07 manat əsas kredit borcu, 1327.19 manat faiz borcu olmaqla, 65.54 manat cərimə borcu olmaqla, cəmi 1407.8 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin hesabına keçirilsin. Dövlət rüsumunun kəsiri olan 14 manat cavabdehlər X1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar