Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-30/2022 07.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh2 Çingiz oğluna və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X2, Cavabdeh2 Çingiz oğlundan və Cavabdeh3 müştərək qaydada 10664.10 manat əsas kredit borcu, 3284.05 manat faiz borcu, 265.17 manat cərimə borcu olmaqla, cəmi 14213.32 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması və güzəştli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 Müseyb oğlu ilə İddiaçı ASC arasında 28.01.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 Müseyb oğluna illik 25 faiz olmaqla 36 ay müddətinə 12.700 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 Çingiz oğlu və Cavabdeh3 ilə İddiaçı ASC arasında 28.01.2015ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. 30 mart 2015-ci il tarixli 020CASA150280003 saylı, 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair Razılaşmasına əsasən borclu Cavabdeh1 Müseyb oğlu 12518 (on iki min beş yüz on səkkiz) ABŞ dolları məbləğində krediti və onun faizlərini "xxxx" ASC-nə kredit restrukturizasiyası olunan vaxtdan başlayaraq ödəniş qrafiki üzrə 49 ay müddətində illik 24 faiz dərəcəsində olmaqla ödəməlidir. 11 dekabr 2015-ci il tarixli, 020CASA150280003 saylı 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair Razılaşmasına əsasən, Cavabdeh1 Müseyb oğlunun kredit üzrə borc AZN-ə konvertasiya olunmuş, kredit məbləği 12189 (on iki min yüz səksən doqquz) AZN məbləğində krediti və onun faizlərini “Bank Respublika ASC-nə kredit konvertasiya olunan vaxtdan başlayaraq ödəniş qrafiki üzrə 60 ay müddətində, illik 27 faiz dərəcəsində olmaqla, ödənişin son müddəti 11.12.2020-ci il tarixə müəyyən olunmuşdur. Bundan başqa bank məhkəməyə müraciət etdikdən sonra müəyyən edilmişdir ki, Cavabdeh1 Müseyb oğlu 09.04.2017-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin 17.08.2021-ci il tarixli 1116 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Cavabdeh1 Müseyb oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi X5r. Cavabdeh X6 mərhum Cavabdeh1 Müseyb oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın “Bank Respublika" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 28.01.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 Müseyb oğlu arasında illik 25 faiz olmaqla 36 ay müddətinə 12.700 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 28.01.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 Çingiz oğlu və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 30 mart 2015-ci il tarixli 020CASA150280003 saylı, 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmadan görünür ki, borclu Cavabdeh1 Müseyb oğlu 12518 (on iki min beş yüz on səkkiz) ABŞ dolları məbləğində krediti və onun faizlərini "xxxx" ASC-nə kredit restrukturizasiyası olunan vaxtdan başlayaraq ödəniş qrafiki üzrə 49 ay müddətində illik 24 faiz dərəcəsində olmaqla ödəməsi müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş 11 dekabr 2015-ci il tarixli, 020CASA150280003 saylı 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmadan görünür ki, , Cavabdeh1 Müseyb oğlunun kredit üzrə borc AZN-ə konvertasiya olunmuş, kredit məbləği 12189 (on iki min yüz səksən doqquz) AZN məbləğində krediti və onun faizlərini “Bank Respublika ASC-nə kredit konvertasiya olunan vaxtdan başlayaraq ödəniş qrafiki üzrə 60 ay müddətində, illik 27 faiz dərəcəsində olmaqla, ödənişin son müddəti 11.12.2020-ci il tarixə müəyyən olunmuşdur. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat Ofisi tərəfindən verilmiş 17.08.2021-ci il tarixli 1116 saylı məktubdan görünür ki, 09.04.2017-ci il tarixdə vəfat etmiş mərhum Cavabdeh1 Müseyb oğlunun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi X5r. Məhkəməyə təqdim edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 24.01.2022-ci il tarixli 4/22 saylı rəyindən görünür ki, 1. Ekspertizaya təqdim olunmuş, Cavabdeh2 Çingiz oğlunun adından olan 11 dekabr 2015-ci il tarixli ərizədə “İmza:” qrafasındakı imza - Cavabdeh2 Çingiz oğlu tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim olunmuş, Cavabdeh3 adından olan 11 dekabr 2015-ci il tarixli ərizədə “İmza:” qrafasındakı imza - Cavabdeh3 tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh1 Müseyb oğlu ilə İddiaçı ASC arasında 28.01.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 Müseyb oğluna illik 25 faiz olmaqla 36 ay müddətinə 12.700 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 Çingiz oğlu və Cavabdeh3 ilə İddiaçı ASC arasında 28.01.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. 30 mart 2015-ci il tarixli 020CASA150280003 saylı, 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair Razılaşmasına əsasən borclu Cavabdeh1 Müseyb oğlu 12518 (on iki min beş yüz on səkkiz) ABŞ dolları məbləğində krediti və onun faizlərini "xxxx" ASC-nə kredit restrukturizasiyası olunan vaxtdan başlayaraq ödəniş qrafiki üzrə 49 ay müddətində illik 24 faiz dərəcəsində olmaqla ödəməlidir. 11 dekabr 2015-ci il tarixli, 020CASA150280003 saylı 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair Razılaşmasına əsasən, Cavabdeh1 Müseyb oğlunun kredit üzrə borc AZN-ə konvertasiya olunmuş, kredit məbləği 12189 (on iki min yüz səksən doqquz) AZN məbləğində krediti və onun faizlərini “Bank Respublika ASC-nə kredit konvertasiya olunan vaxtdan başlayaraq ödəniş qrafiki üzrə 60 ay müddətində, illik 27 faiz dərəcəsində olmaqla, ödənişin son müddəti 11.12.2020-ci il tarixə müəyyən olunmuşdur. Cavabdeh1 Müseyb oğlu 09.04.2020-ci il tarixdə vəfat etmiş, ölümündən sonra ona məxsus əmlakları vərəsələri arvadı - X6 qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. . Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı Bank Respublika ASC-nin cavabdehlərdən 265.17 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 5.17 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 30 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Ekspertiza xərci olan 127 manat cavabdehlər ev Bəhruz Çingiz oğlundan və Cavabdeh3 müştərək qaydada tutularaq ekspertiza mərkəzinə ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddiası qismən təmin edilməli, cavabdehlər X2, Cavabdeh2 Çingiz oğlundan və Cavabdeh3 müştərək qaydada 10664.10 manat əsas kredit borcu, 3284.05 manat faiz borcu, 5.17 manat cərimə borcu olmaqla, cəmi 13953.32 manat kredit borcu, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Bank Respublika ASC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər X2, Cavabdeh2 Çingiz oğlundan və Cavabdeh3 müştərək qaydada 10664.10 manat əsas kredit borcu, 3284.05 manat faiz borcu, 5.17 manat cərimə borcu olmaqla, cəmi 13953.32 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə ekspertiza xərci olan 127 manat məbləğində pul cavabdehlər Cavabdeh2 Çingiz oğlundan və Cavabdeh3 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE**********0002088501 nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: İbrahim Fəttahov