Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-301/2021 25.01.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı LPO Dəmir Bank ASC-nin nümayəndəsi X4 və Cavabdeh iştirakı ilə, kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 135.17 manat əsas kredit borcu, 96.28 manat faiz borcu, 187.14 manat cərimə borcu və xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün 21.66 manat faiz borcu olmaqla, cəmi 440.25 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X6 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli 546180 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən X2 İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən, müqavilənin adında olan “Kredit kartın verilməsi və İstifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” kimi oxunur, müqaviləyə əsasən kreditor borcalana 266.84 manat məbləğində kredit verir. Kreditin müddəti 18 ay müəyyən edilir. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 54 faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Müqavilənin bitmə tarixi xx.xx.2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyin icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixinədək X1 ləğv prosesində olar İddiaçı ASC-yə 135.17 manat əsas, 96.28 manat faiz, 187.14 manat cərimə xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 21.66 manat faiz olmaqla ümumilikdə 440.25 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq X3 borcu ödəməkdən imtina edir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək LPO İddiaçı ASC-nin ona qarşı kredit müqaviləsi üzrə ümumilikdə 440.25 manat kredit borcunun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında 36 ay müddətinə 300 manat kredit xətti barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli əlavə sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli müqaviləyə dəyişiklik edilmiş, kreditin müddəti 18 ay illik faiz dərəcəsi isə 27% müəyyən edilmişdir. Müqavilə xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur. Məhkəmə hesab edir ki, kredit müqaviləsinin bağlandığı tarixin xx.xx.2014-cü il, qüvvədə olma müddətinin isə xx.xx.2017-ci il tarix olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırdığından, üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376.-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh 135.17 manat əsas kredit borcu, 96.28 manat faiz borcu, 187.14 manat cərimə borcu və xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün 21.66 manat faiz borcu olmaqla, cəmi 440.25 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh 135.17 manat əsas kredit borcu, 96.28 manat faiz borcu, 187.14 manat cərimə borcu və xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün 21.66 manat faiz borcu olmaqla, cəmi 440.25 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-301/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-301/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver