Məhkəmə qərarları › İş №2(046)-307/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-307/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-307/2021 29.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, xxxx KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 29 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xxxx KB ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 800 manat əsas kredit borcu, 152.26 manat faiz borcu olmaqla cəmi 952.26 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xxxx KB ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı xxxx KB ASC-nin iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xxxx KB ASC arasında 16.11.2018-ci il tarixdə 84 ay müddətinə 10.000 manat məbləğində kredit limitinin ayrılması barədə müqavilə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Cavabdeh iddia ərizəsində qeyd olunan kredit borcundan ödənişlər etmiş və nəticədə banka 800 manat əsas kredit borcu, 152.26 manat faiz borcu olmaqla cəmi 952.26 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 29.04.2021-ci il tarixli xxxx KB ASC tərəfindən verilmiş arayışdan görünür ki, iddia tələbi üzrə 929 manat Cavabdeh tərəfindən tam ödənilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş 16.11.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh arasında 84 ay müddətinə 10000 manat kredit limitinin ayrılması barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 10.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 800 manat əsas kredit borcu, 152.26 manat faiz borcu olmaqla cəmi 952.26 manat kredit borcu vardır. Məhkəməyə təqdim edilmiş “xxxx” KB ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 16.11.2018-ci il tarixli kredit limiti müqaviləsi üzrə banka borcu yoxdur. Məhkəmə baxışı müəyyən olunur ki, Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının kredit borcunu cavabdehdən tələb etməkdə haqlı deyildir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, 800 manat əsas kredit borcu,152.26 manat faiz borcu olmaqla cəmi 952.26 manat kredit borcunun və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq xxxx KB ASC-nin hesabına ödənilməli barədə tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. iddiaçı “xxxx” KB ASC-nin Cavabdeh 800 manat əsas kredit borcu, 152.26 manat faiz borcu olmaqla cəmi 952.26 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq hesabına keçirilməsi barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar