Məhkəmə qərarları › İş №2(046)-309/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-309/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-309/2021 29.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı «LPO İddiaçı» ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «LPO İddiaçı» ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 95.35 manat əsas kredit borcu, 67.33 manat faiz borcu, 112.15 manat cərimə borcu, 10.83 manat gecikdirilmiş vaxt üçün hesablanmış 10.83 manat olmaqla, cəmi 285.66 manat kredit borcu və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı «LPO İddiaçı» ASC-nin nümayəndəsi X2iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə «LPO İddiaçı» ASC arasında xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti müqaviləsi açılmışdır. xx.xx.2016-cı il tarixdə Cavabdeh 18 ay müddətinə illik 54 faiz olmaqla 171.45 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit borcunu ödəməmişlər. Cavabdehin banka cəmi 285.66 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək «LPO İddiaçı» ASC-nin ona qarşı kredit müqaviləsi üzrə ümumilikdə 285.66 manat borcun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, “«LPO İddiaçı» ASC ilə Cavabdeh arasında 36 ay müddətinə 300 manat kredit verilməsi barədə kredit xətti müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, “«LPO İddiaçı» ASC ilə Cavabdeh arasında illik 54 faiz olmaqla 18 ay müddətinə 171.45 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəmə hesab edir ki, kredit müqaviləsinin bağlandığı tarixin xx.xx.2016-cı il, qüvvədə olma müddətinin isə xx.xx.2017-ci il tarix olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə xx.xx.2020-ci il tarixdə məhkəmədə iddia qaldırdığından, üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376.-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçı "LPO İddiaçı" ASC-nin Cavabdeh 95.35 manat əsas kredit borcu, 67.33 manat faiz borcu, 112.15 manat cərimə borcu, 10.83 manat gecikdirilmiş vaxt üçün hesablanmış 10.83 manat olmaqla, cəmi 285.66 manat kredit borcu və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilməsin. İddiaçı "LPO İddiaçı" ASC-nin Cavabdeh 95.35 manat əsas kredit borcu, 67.33 manat faiz borcu, 112.15 manat cərimə borcu, 10.83 manat gecikdirilmiş vaxt üçün hesablanmış 10.83 manat olmaqla, cəmi 285.66 manat kredit borcu və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar