Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-310/2021 16.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşağı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulan 150 manat alimentin miqdarının artırılaraq cavabdehin əmək haqqısının dörddə birinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2015-ci ildə anadan olmuş azyaşlı övladının yetkinlik yaşına çatanadək hər ay saxlanılması üçün 150 manat sabit pul məbləğinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul etmişdir. Uşağın hazırda beş yaşı var. Göyçay rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödəmir. Uşağın məsrəfləri artmışdır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə özü çəkir. Buna görə də azyaşlı uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq cavabdehin əmək haqqının dörddə birinin hissəsinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, bir uşağın saxlanması üçün aylıq əmək haqqısının dörddə birinin hissəsinin cavabdehin xeyrinə ödənilməsi etiraz etmir və məhkəmə baxışının iştirakı olmadan keçirilməsin xahiş edir. İş üzrə iddiaçını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh, xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Məşğulluq Agentliyinin 11 saylı X4 Filialı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 11 saylı X3 mütəxəssis işləyir, aylıq əmək haqqı 1300 manat təşkil edir. Hazırda İddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün ödənilən alimentin uşağın tələbatlarını ödəyə bilmədiyini əsas tutaraq, Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq cavabdehin aylıq qazancının 25 faizini yəni ¼ hissəsinin ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarı qətnamə qanunu qüvvəyə mindiyi tarixdən artırılaraq Cavabdeh aylıq qazancının dörddə bir hissəsi məbləğində müəyyən edilməsi məqsədə müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmusu ilə artırılan hissəyə nisbətdə dövlət rüsumu tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq Cavabdeh aylıq qazancının dörddə bir hissəsi məbləğində müəyyən edilsin. Cavabdeh xx.xx.2015-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulsun. Cavabdeh 30 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-310/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-310/2021
16.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver