Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-324/2021 08.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, ziyan tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən satılmış “Hoestin friz” cinsli iribuynuzlu heyvan tələf olduğu üçün cavabdehə ödədiyi 900 manat pulun və dəymiş zərərə görə 500 manat olmaqla, cəmi 1400 (bir min dörd yüz) manat Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Göyçay rayon sakini X3 Bərdə rayon mal bazarından 900 manat nağd pul vəsaiti ilə, bir baş “Hoestin friz” cinsli iribuynuzlu heyvan almış və bir gün keçdikdən sonra yəni xx.xx.2020-ci il tarixdə həmin iribuynuzlu heyvan xəstələnmişdir. Alğı-satqı apardığı Raufla telefon vasitəsi ilə əlaqə saxlamış və satdığı heyvanın xəstə olduğunu bildirmiş və ödədiyi pulu geri tələb etmişdir. Cavabdeh danışıq zamanı yaranmış problemə laqeyd münasibət göstərmiş və hər hansı bir tədbir görməyəcəyini kobud şəkildə ifadə etmişdir. Aldığı heyvanı baytar həkimlərə göstərib müvafiq tədbirlər görsə də xx xxxxxx 2020-ci il tarixdə həmin heyvan ölmüşdür. Bununla əlaqədar olaraq Aqrar Xidmətlər Agentliyinin Ağcabədi rayon X5 Baytar sahəsinin müdiri Bəkir Həsənov tərəfindən onun həyətində xx xxxxxx 2020-ci il tarixində yarma aparılmış və müvafiq akt imzalanmışdır. Eyni zamanda Azərbaycan Respublikası Qida X1 X2 heyvandan götürülmüş nümunələr əsasında yoxlama aparılmış və xx.xx.2020-ci il tarixdə nümunə təhvil-təslim aktı tərtib edilmiş və 520 saylı sınaq protokolu tərtib edilmişdir. Beləliklə də, İddiaçı 900 manata almış olduğu bir baş iri buynuzlu heyvana, 500 manatdan artıq əlavə pul xərcləmiş və ümumilikdə 1400 manat vəsait itirmişdir. Dəfələrlə cavabdeh X3 dəymiş ziyanın ödənilməsini tələb etsə də, o bundan imtina etmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Bərdə rayon mal bazarında 900 manat nağd pul vəsaiti ilə bir baş sağlam “Hoestin friz” cinsli iribuynuzlu heyvanı İddiaçı satmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə həmin iribuynuzlu heyvanın xəstələndiyi barədə ona məlumat vermiş, lakin onun heyvanın xətələnməsində heç bir günahı olmadığını iddiaçıya bildirmişdir. Hesab edir ki, iddiaçıya satdığı heyvan sağlam olmuş, buna görə də iddiaçının ondan 1400 manat ziyan tələbini əsassız hesab edir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə təqdim edilmiş xx.xx.2020-ci il tarixli yarma protokolundan görünür ki, tələf olmuş heyvanın xx.xx.2020-ci il tarixdə xəstələnməsi barədə həkimə məlumat verilmiş, heyvan müalicə almış, xx.xx.2020-ci il tarixdə heyvan İddiaçı həyətində ölmüş, həmin heyvan qeyd edilən tarixdə yarılmış, ölümünün səbəbi teyleriyoz xəstəliyi olmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 520 saylı sınaq protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı həyətində ölmüş heyvanın nümunəsi labarator sınaqdan keçirilmiş və heyvanda infeksiya törədicisi aşkar edilməmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Baytarlıq İdarəsinin mütəxəssisi X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı həyətində ölmüş heyvanın yoluxucu xəstəlikdən ölmədiyi aşkar edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh X3 Bərdə rayon mal bazarında 900 manat nağd pul vəsaiti ilə bir baş “Hoestin friz” cinsli iribuynuzlu heyvan almış, bir gün keçdikdən sonra yəni xx.xx.2020-ci il tarixdə həmin iribuynuzlu heyvanın xəstələnməsi barədə cavabdehə məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə həmin heyvan ölmüşdür. Hazırda iddiaçı cavabdehdən ona dəymiş 1400 manat məbləğində maddi ziyanı tələb edir. Məhkəmə baxışı zamanı Cavabdeh İddiaçı 900 manata bir baş iri buynuzlu heyvan satdığını etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən yalnız həmin iri buynuzlu heyvanın dəyərini tələb edə bilər. Məhkəmə baxışı zamanı İddiaçı iri buynuzlu heyvanın müalicəsinə xərclənmiş 500 manatın Cavabdeh alınaraq ona verilməsinə əsas verilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə; həmin Məcəllənin 587.2.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.3-cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu pul ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X4 900 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 900 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-324/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-324/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver