Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-339/2020 13.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxxxxxxxxxxxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 374 manat borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxxxxxx» MMC–nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştiraki olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı «xxxxxxxxxxxxxxx» MMC iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə 396 manat dəyərində Hisense mobil telefonunu cavabdehə satmış, cavabdeh isə 18 ay müddətinə hə ay 22 manatı ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə şərtləri pozaraq ödəniş etməmiş və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qalıq qalmış 374 manat borcu qaytarmamışdır. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, «xxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, Cavabdeh 18 ay müddətinə, ilkin ödəniş etmədən ümumilikdə 396 manat məbləğində Hisense T5 plus mobil telefonu satılmışdır. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh «xxxxxxxxxxxxxxx» MMC-yə 374 manat əsas borcu vardır. Təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı «xxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, ümumilikdə 396 manat dəyərində Hisense T5 plus mobil telefonu satılmışdır. Cavabdeh «xxxxxxxxxxxxxxx» MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu malın dəyərini müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Sadalananlara əsasən məhkəmə hesab edir ki, «xxxxxxxxxxxxxxx» MMC-nin iddiası təmin edilməli, Cavabdeh 374 manat əsas borcu və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu tutularaq «xxxxxxxxxxxxxxx» MMC-nin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 374 manat əsas borc və 20 manat dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxxxxxx» MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-339/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-339/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver