Məhkəmə qərarları › İş №2(046)-343/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-343/2021

05.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-343/2021 05.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, cavabdeh X2 iştirakı ilə, İddiaçı İB-nin cavabdeh X4 qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 5783 manat dəymiş ziyanın və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X5 məhkəməyə ərizə ilə müraciət edərək hazırda Bakı şəhəri ünvan 1 ünvanda yaşadığını, İddiaçı İB ilə qazın altıq-satqısına dair müqavilənin Bakı şəhəri Sabunçu rayonunda baxladıqlarını, həyat yoldaşı X3 ünvan 2 ünvanda qeydiyyatda olduğunu göstərmiş, buna görə də mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı İB-nin cavabdeh X4 qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə cavabdeh X5 ilə İddiaçı İB arasında bağlanmış müqavilənin yeri üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 36, 44, 45, 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı İB-nin cavabdeh X4 qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə cavabdeh X2 İddiaçı İB ilə aralarında bağlanmış müqavilənin icrası yeri üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar