Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-345/2021 05.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı xxxx ASC-nin nümayəndəsi X6 iştirakı ilə, iddiaçı xxxx ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xxxx ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 658.68 manat kredit borcu və 6.60 manat faiz borcu olmaqla cəmi 665.28 manat, 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınıb verilməsi barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xxxx ASC-nin nümayəndəsi X7 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, cavabdeh X5 ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 59 ay müddətinə 29 faizlə 3204 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Notariat Ofisinin xx.xx.2020-cu il tarixli 1173 saylı məktubu ilə müəyyən edilmişdir ki, X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi Cavabdehdur. Cavabdeh, mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın “xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC ilə cavabdeh X5 arasında 59 ay müddətinə 29 faizlə 3204 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X4 xx.xx.2020-ci il tarixə banka ümumilikdə 658.68 manat məbləğində kredit borcu vardır. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli 1173 saylı məktubdan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 adına xx.xx.2018-ci il tarixdə Göyçay rayon Notariat Ofisində vərəsəlik işi açılmış, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. X1 vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizə ünvan 1 dalan 4 saylı ünvanda yaşayan oğlu Cavabdeh tərəfindən verilmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh iş üzrə cavabdeh kredit götürən X1 birinci növbədə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığı götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1.-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafeylərini alınmış aktivdə özlərində hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qanunun mənasından göründüyü kimi kredit götürən cavabdeh X8 vəfat etdiyindən, iddiaçı ilə kredit müqaviləsi bağlamış X1 vərəsəsi kimi Cavabdeh kreditor qarşısında müqavilə üzrə öhdəliklərin icrası üzrə borcludur. Təqdim edilmiş sübutlardan görünür ki, xxxx ASC ilə X5 arasında 59 ay müddətinə illik 29 faizlə 3204 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Kredit götürən X5 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, vərəsəsi oğlu, hazırki iş üzrə Cavabdeh müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh mərhum atası X5 ilə iddiaçı arasında bağladığı kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, kredit götürdüyü pulu ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməmiş kredit borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı və dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 658.68 manat kredit borcu və 6.60 manat faiz borcu olmaqla cəmi 665.28 manat, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq xxxx ASC-nin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 658.68 manat kredit borcu və 6.60 manat faiz borcu olmaqla cəmi 665.28 manat, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq “xxxx” ASC-nin hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-345/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-345/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver