Məhkəmə qərarları › İş №2(046)-349/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-349/2020

02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-349/2020 02.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, iddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 02 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT «xxxxxxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 429.91 manat əsas kredit borcu, 38.22 manat faiz borcu, sığorta üzrə 3.80 manat və 42.99 cərimə borcu olmaqla, cəmi 514.92 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxxxxxx» MMC məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxxxxxx» MMC-nin iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında 29.12.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 36 faiz olmaqla 24 ay müddətinə 2400 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Hüquqların və tələblərin güzəşti haqqında 06.12.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb edilməsi hüququ BOKT «xxxxxxxx» MMC-yə güzəşt edilmişdir. Cavabdeh 07.01.2020-ci il tarixli arayışa əsasən banka 429.91 manat əsas, 38.22 manat faiz, sığorta üzrə 3.80 manat və 42.99 manat cərimə borcu olmaqla cəmi 514.92 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 29.12.2014-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh arasında illik 36 faiz olmaqla 24 ay müddətinə 2400 manat kredit verilməsi barədə müqavilə bağlanmış, müqavilənin 6.1-ci bəndində cavabdeh tərəfindən götürülmüş kreditin iddiaçının hesabına sığortalanması nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş hüquqların və tələblərin güzəşti haqqında 06.12.2019cu il tarixli bildirişdən görünür ki, Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxxxxxx» MMC-yə güzəşt edilmişdir. Məhkəməyə təqdim edilmiş 07.01.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh BOKT «xxxxxxxx» MMC-yə kreditin ödəmə müddətinin sonuna, yəni 05.01.2017-ci il tarixə əsas borc üzrə 429.91 manat, faiz borcu üzrə 38.22 manat, sığorta ödənişi üzrə 3.80 manat və cərimə borcu üzrə 42.99 manat olmaqla cəmi 514.92 manat kredit borcu təşkil edir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında 29.12.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh 24 ay müddətinə illik 25 faiz olmaqla 2400 manat məbləğində kredit verilmişdir. Hüquqların və tələblərin güzəşti haqqında 06.12.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxxxxxx» MMC-yə güzəşt edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh banka borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdehdan 42.99 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 5.99 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 30 manat dövlət rüsumunun ödənilmiş tələbə nisbətdə 20 manatı Cavabdeh alınaraq iddiaçı BOKT «xxxxxxxx» MMC-nin hesabına keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, BOKT «xxxxxxxx» MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh 429.91 manat, faiz borcu üzrə 38.22 manat, sığorta ödənişi üzrə 3.80 manat və cərimə borcu üzrə 5.99 manat cərimə borcu olmaqla, cəmi 477.92 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu tutularaq BOKT «xxxxxxxx» MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 429.91 manat əsas kredit borcu, 38.22 manat faiz borcu, 3.80 manat sığorta ödənişi və 5.99 manat cərimə borcu olmaqla, cəmi 477.92 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT «xxxxxxxx» MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar