Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-349/2022 19.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, alimentin artırılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08.11.2005-ci il tarixdə anadan olmuş X3 və 17.11.2009-cu il tarixdə anadan olmuş X6 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 175 manat cəmi 350 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdeh ilə birgə nikahdan 08.11.2005-ci il tarixdə X5 və 17.11.2009-cu il tarixdə X6 oğlu anadan olmuşdur. Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. Göyçay rayon Məhkəməsinin 2(046)-1042/2019 saylı 20.06.2019-cu il tarixli qətnaməsinə əsasən 08.11.2005-ci ildə andan olmuş X3 və 17.11.2009-cu il tarixdə anadan olmuş X6 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 120 manat cəmi 240 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Uşaqlar boyüdükçə onların da maddi tələbatı artdığından uşaqları tək başına saxlamaqda çətinlik çəkir. Cavabdeh DOST iş mərkəzində işləyir, bundan başqa ustadır, maddi imkanı yaxşıdır. Buna baxmayaraq uşaqların atası uşaqlarına əlavə heç bir maddi yardım görsətmir. Buna görə də uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 175 manat cəmi 350 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstəmişdir ki, iddiaçı ilə aralarında bağlanmış nikah məhkəmənin qətnaməsinə əsasən pozulmuş, azyaşlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 120 manat aliment tutulmuşdur. Xəstəxanada işləyir, əlavə olaraq usta kimi evləri təmir edir. Hesab edir ki, əlavə qazancından aliment ödəməli deyil.Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin 2(046)-1042/2019 saylı 20.06.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından 08.11.2005-ci il tarixdə anadan olmuş X3 və 17.11.2009-cu il tarixdə anadan olmuş X6 oğlunun saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Hazırda İddiaçı azyaşlı uşaqların saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 175 manat cəmi 350 manat məbləğində müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə baxışı zamanı İddiaçı azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 175 manat cəmi 350 manat məbləğində müəyyən edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh 08.11.2005-ci il tarixdə anadan olmuş X3 və 17.11.2009-cu il tarixdə anadan olmuş X6 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan alimentin miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən artırılaraq hər ay hər uşağa görə 140 manat cəmi 280 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmusu ilə artırılan hissəyə nisbətdə dövlət rüsumu tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Göyçay rayon Məhkəməsinin 2(046)-1042/2019 saylı 20.06.2019-cu il tarixli qətnaməsinə əsasən 08.11.2005-ci il tarixdə anadan olmuş X3 və 17.11.2009-cu il tarixdə anadan olmuş X6 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 140 manat cəmi 280 manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh 08.11.2005-ci il tarixdə anadan olmuş X3 və 17.11.2009-cu il tarixdə anadan olmuş X6 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 140 manat cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulsun. Cavabdeh 30 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-349/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-349/2022
19.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver