Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-352/2022 19.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.10.2012-ci il tarixdə anadan olmuş X1, 21.11.2014-cü il tarixdə anadan olmuş X2 və 11.10.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat cəmi 600 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasının və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı tələbi belə əsaslandırmışdır ki, cavabdeh ilə birgə nikahdan 11.10.2012-ci il tarixdə X4, 21.11.2014-cü il tarixdə X5 və 11.10.2017-ci il tarixdə X6 oğlu anadan olmuşdur. Qəbələ rayon Məhkəməsinin 2(025)-893/2019 saylı 30.04.2019-cu il tarixli qətnaməsinə əsasən 11.10.2012-ci il tarixdə anadan olmuş X1, 21.11.2014-cü il tarixdə anadan olmuş X2 və 11.10.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat cəmi 300 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Uşaqlar boyüdükçə onların da maddi tələbatı artdığından uşaqları tək başına saxlamaqda çətinlik çəkir. Cavabdehin maddi imkanı yaxşıdır, mülkiyyətində 115 sot torpaq sahəsi vardır. Bakı şəhərində 42.000 manata ipoteka ilə mənzil almışdır. Heç bir yerdə işləmədiyindən uşaqlara baxmaqda çətinlik çəkir. Buna görə də uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat cəmi 600 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, ərizədə aliment məbləğinin artırılmasına əsas kimi Bakı şəhəri, Binəqədi rayonunda mənzil almağı qeyd edilmişdir. Halbuki, Qəbələ rayon Məhkəməsinin 30 aprel 20l9-cu il tarixli qətnaməsi ilə hər uşağa 100 manat aliment tutularkən artıq iddiaçının qeyd etdiyi mənzili ipoteka ilə almış və hazırkı vaxta qədər hissə-hissə ipoteka borcunu ödəyir. Qəbələ rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği müəyyən edildiyi vaxtdan onun maddi vəziyyətində dəyişiklik yaxşılaşmağa deyil, pisləşmişdir. Belə ki, həmin vaxt işləyirdi, lakin, hazırda hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan başqa Kəpəz rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli qətnaməsi ilə digər arvadından anadan olmuş Tunar adlı oğlunun saxlanması üçün hər ay uşaq yetkinlik yaşma çatanadək qazancımın ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Bundan əlavə bildirir ki, digər uşağının da saxlanması üçün hər ay aliment ödəyir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Qəbələ rayon Məhkəməsinin 2(025)-893/2019 saylı 30.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından 11.10.2012-ci il tarixdə anadan olmuş X1, 21.11.2014-cü il tarixdə anadan olmuş X2 və 11.10.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat cəmi 300 manat alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı azyaşlı uşaqların saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat cəmi 600 manat məbləğində müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə baxışı zamanı İddiaçı xeyrinə Cavabdeh hər ay hər uşağa görə tutulan 100 manat alimentin miqdarının artırılmasına əsas verə bilən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh 11.10.2012-ci il tarixdə anadan olmuş X1, 21.11.2014cü il tarixdə anadan olmuş X2 və 11.10.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan alimentin miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən artırılaraq hər ay hər uşağa görə 130 manat cəmi 390 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmusu ilə artırılan hissəyə nisbətdə dövlət rüsumu tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Qəbələ rayon Məhkəməsinin 2(025)-893/2019 saylı 30.04.2019-cu il tarixli qətnaməsinə əsasən 11.10.2012-ci il tarixdə anadan olmuş X1, 21.11.2014-cü il tarixdə anadan olmuş X2 və 11.10.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 130 manat cəmi 390 manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh 2611.10.2012-ci il tarixdə anadan olmuş X1, 21.11.2014-cü il tarixdə anadan olmuş X2 və 11.10.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130 manat cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulsun. Cavabdeh 30 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-352/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-352/2022
19.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver