Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-357/2021 09.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı alimentin artırılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 yetkinlik yaşına çatmayan uşağı X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulan 135 manat alimentin miqdarının artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi (anası) Nümayəndə iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi cavabdeh X1 xx.xx.2009-cu ildə anadan olmuş azyaşlı uşağın yetkinlik yaşına çatanadək hər ay saxlanılması üçün 135 manat sabit pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul etmişdir. Göyçay rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödəmir. Uşağın məsrəfləri artmışdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşqul olur, belə ki, Hacıqabulun Udulu kəndində nar bağları vardır ki, hər il həmin məhsuldan yüksək qazanc əldə edir. Buna görə də yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 200 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh X6 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı ilə birgə nikahdan bir uşaqları anadan olmuşdur. Uşağın saxlanması üçün hər ay 135 manat aliment ödəyir. Bundan başqa yenidən evlənmiş və yeni nikahından iki uşağı anadan olmuşdur. Bundan başqa Şirvan Peşə lisseyində müəllim işləyir, başqa gəlir yeri yoxdur.Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X3 məhkəmə baxışının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X1, xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 135 manat aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Hazırda İddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün ödənilən alimentin uşağın tələbatlarını ödəyə bilmədiyini əsas tutaraq, cavabdeh X1 tutulan alimentin məbləğinin artırılaraq hər ay 200 manat müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə baxışı zamanı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdeh X1 tutulan alimentin miqdarının artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilməsinə əsas verə bilən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə X1 tutulan alimentin miqdarı qətnamə qanunu qüvvəyə mindiyi tarixdən artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən cavabdeh X1 illik alimentin məcmusu ilə artırılan hissəyə nisbətdə dövlət rüsumu tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X1 Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 135 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh X1 xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulsun. Cavabdeh X1 20 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamənin icrası cavabdeh X2 yaşadığı ərazi üzrə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-357/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-357/2021
09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver