Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-361/2021 26.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və Göyçay rayon Notariat kontoru Nəcəfli Polad oğlunun iştirakı ilə, miras qalmış əmlakların qəbul etmə faktının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixdə vəfat etmiş mərhum nənəsi X1 miras qalmış Göyçay şəhəri, İ.Göyçalı (Ə.Qarayev) küçəsi, 72-saylı ünvanda yerləşən 441.15 kv.m həyətyanı torpaq sahəsinin onun tərəfindən faktiki qəbul olunmasının müəyyən olunması, miras əmlaka qanun üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsi və həmin əsasda mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay rayon X12 50 - nömrəli, xx xxx 1999-cu il tarixli qərarı ilə 441.15 kv.m həyətyanı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. 441.15 kv.m həyətyanı torpaq sahəsinə xx xxxxxx 2010-cu il tarixli, A №- 281749 kadastr planı işlənmiş və həmin kadastr planı dövlət torpaq kadastr kitabında 445 nömrə ilə qeydiyyata alınmışdır. 441.15 kv.m həyətyanı torpaq sahəsinin mülkiyyətçisi X8 xx.xx.2009-cu il tarixdə "kardiogen şok" səbəbindən ölmüşdür. Göyçay şəhəri İHB-nın Göyçay şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən Göyçay şəhəri, İ.Göyçalı (Ə.Qarayev) küçəsi, 72saylı ünvanda qeydiyyatda olmaqla yaşamış mərhum X3 yaşadığı müddətdə öhdəsində Əri - X15 və Qızı - X10 olmuşdur. Vəfat etmiş X3 mirasının açıldığı vaxt miras qoyanın vərəsəsi sayılacaq anası X10 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Göyçay rayon X12 50 - nömrəli, xx xxx 1999-cu il tarixli qərarı ilə 441.15 kv.m həyətyanı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. 441.15 kv.m həyətyanı torpaq sahəsinə xx xxxxxx 2010-cu il tarixli, A №-281749 kadastr planı işlənmiş və həmin kadastr planı dövlət torpaq kadastr kitabında 445 nömrə ilə qeydiyyata alınmışdır. 441.15 kv.m həyətyanı torpaq sahəsinin mülkiyyətçisi X8 xx.xx.2009-cu il tarixdə "kardiogen şok" səbəbindən ölmüşdür. X2 miras qalmış 441.15 kv.m həyətyanı torpaq sahəsini qəbul edərək idarə etməyə başlamışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Göyçay Notariat Ofisinə müraciət etsə də, ona mirasın qəbulu ilə bağlı müddəti ötürduyundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Buna görə də tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Göyçay rayon Notariat kontoru Nəcəfli Polad oğlu izahat verərək göstərmişdir ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X4 miras qalmış torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı iddiaçı xx.xx.2020-ci il tarixdə notariat kontoruna müraciət etmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş mirasın qəbulu ilə bağlı müddəti ötürdüyündən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin gecikdirməsinin üzrlü sayılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan başqa X9 iddiaçıdan başqa vərəsə yoxdur. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Nikah haqqında çıxarışdan görünür ki, X19 ilə X16 xx.xx.1970-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş doğum haqqında çıxarışdan görünür ki, X11 xx.xx.1951-ci il tarixdə andan olmuşdur. X6, anası X13r. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Quliyev Mustafa Qulu oğlu xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1996-ci il tarixdə andan olmuşdur. X7, anası X5r. Təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göyçay rayon X12 50 - nömrəli, xx xxx 1999-cu il tarixli qərarı ilə 441.15 kv.m həyətyanı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Mərhum sahəsi X3 ata adı Mamed olduğu halda texniki səhv üzündə Məhəmməd kimi qeyd edilmişdir. Təqdim edilmiş Göyçay rayon X25 Polad tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X4 miras qalmış torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizəyə baxılaraq bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş mirasın qəbulu ilə bağlı müddəti ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirməni üzrlü sayarsa uzada bilər. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı xx.xx.2009-cu il tarixdə vəfat etmiş mərhum nənəsi X4 miras qalmış Göyçay şəhəri, İ.Göyçalı (Ə.Qarayev) küçəsi, 72 ünvandan yerləşən 441.15 kv.m həyətyanı torpaq sahəsinə sahiblik etməklə, həmin əmlakı faktiki idarə etməklə qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş mərhum X9 qanun üzrə digər birinci növbəli vərəsələri olmadığından İddiaçı birinci növbəli vərəsə kimi miras əmlakı qəbul etmişdir. Azərbaycan Respublikası MM-nin 1159.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.1.ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.1.3cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə Notariat Kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mərhum nənəsi X18 (Mamed) qızından miras qalmış Göyçay şəhəri, İ.Göyçalı (Ə.Qarayev) küçəsi, 72 ünvandan yerləşən 441.15 kv.m həyətyanı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə tələbi qanuni olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X26 Mamed (Məhəmməd) qızından miras qalmış əmlak olan Göyçay şəhəri, İ.Göyçalı (Ə.Qarayev) küçəsi, 72 yerləşən Göyçay rayon X12 50 - nömrəli, xx xxx 1999-cu il tarixli qərarı əsasında qeydə alınmış 441.15 kv.m həyətyanı torpaq sahəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən X3 adına verilmiş torpaq sahəsinin planı və ölçüsünü əks etdirən kadastr planında X3 ata adı Mamed olduğu halda texniki səhv üzündə Məhəmməd kimi qeyd edildiyi nəzərə alınsın. Bu qətnamə Göyçay rayon X12 50 - nömrəli, xx xxx 1999-cu il tarixli qərarı ilə Göyçay şəhəri, İ.Göyçalı (Ə.Qarayev) küçəsi, 441.15 kv.m həyətyanı torpaq sahəsinin İddiaçı adına dövlət qeydiyyatına alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildikdən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-361/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-361/2021
26.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver